Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

ELEKTRON MƏLUMAT BAZASI

 
REPK-a 2003-cü ildən başlayaraq ümumtəhsil, peşə məktəbi və orta ixtisas təhsili müəssisələrinin kitabxanaları haqqında Elektron Məlumat Bazasının (Verilənlər bazası) yaradılması işinə başlamışdır. 2013-cü ildə Məlumat bazasından fərqli olaraq yeni Elektron Məlumat bazası daha da təkmilləşdirilmiş və Təhsil Nazirliyi kitabxanalarının müasir vəziyyəti haqqında dolğun informasiya almağa imkan verir. Bu məqsədlə REPK-a yeni anket formaları hazırlamış və Təhsil Nazirliyinin sirkulyar məktubu ilə respublikanın bütün ümumtəhsil, peşə məktəbi və orta ixtisas təhsili müəssisələrinin kitabxanalarına göndərmişdir. “Elektron Məlumat Bazası” Microsoft Windows C# proqramlaşdırma dilində, Microsoft MSSQL proqram təminatı əsasında işlənilib təkmilləşdirilmiş və REPK-nın proqram təminatı hazırlanmışdır. Respublikanın ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələrinin kitabxanaçıları yeni anket formalarına uyğun məlumatları REPK-ya göndərirlər. Respublika üzrə müxtəlif təhsil müəssisələrindən daxil olan bu anket formaları Məlumat bazasında  öz əksini tapır və üzərində aparılan təhlil işlərinin nəticələrinə əsaslanaraq respublikanın bütün ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələri kitabxanalarının işi haqqında məlumat əldə olunur.