Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Kurslar-treninqlər

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin “Məktəb  kitabxanalarının maddi- texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları təchizatına dair Tədbirlər   Planı”nın təsdiqinə  dair 22 dekabr 2008-ci ildə  vermiş oldugu  450s№ li Sərəncama əsasən REPK-a Bakı şəhəri üzrə məktəb kitabxanaçıları üçün  ixtisas artırma kursları təşkil etmiş və 2008-ci ilin noyabr ayından 2011-ci ilin mart ayına kimi  bu kurslarda Bakı məktəblərinin  99-% kitabxanaçısı, respublikanın rayonlarından isə 90 kitabxanaçı iştirak etmişdir.   2013-cü ildə isə REPK-a  Dövlər Proqramının həyata keçirilməsi üzrə “Məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair ”Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 450s nömrəli 22 dekabr 2008-ci il tarixli sərəncamı və Təhsil Naziriliyinin 19 mart 2009-cu il 328 nömrəli əmrinə əsasən məktəb kitabxanaçılarının yeni informasiya texnologiyalarına yiyələnməsi üçün aşağıdakı mövzularda treninqlər keçirilmişdir. 
Yeni informasiya texnologiyalarının əsaslarının öyrədilməsi
İRBİS-64 proqramının öyrədilməsi
REPK-nın Məlumat bazasından (Verilənlər bazası) istifadə qaydalarının öyrədilməsi
ACCESS proqramında Elektron kataloqun yaradılması və istifadəsi qaydaları haqqında məlumat.
  Fəaliyyət Planının 4.2,4.2.1,4.2.2,4.2.3,4.3,4.3.1,4.3.2 bəndlərinin   həyata keçirilməsi ilə əlaqədar 2013-cü il üçün nəzərdə tutulan treninqlərin  proqram,  dərs cədvəli və məktub hazırlanaraq nazirliyə təqdim olunmuşdur.

2013-2016-ciı illər ərzində Respublika Elmi Pedaqoji Kitabxanası “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”-nın 4.7.(Ömür boyu təhsilə artan təlabatın ödənilməsi üçün kitabxana fəaliyyətinin moderinləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi) bəndinin icrası əsasinda treninqlər təşkiil etmişdir.
Treninqdə kitabxanaçılara “İKT-dən istifadə üsulları”, “Rəqəmsal resursların yaradılması və saxalanılması”, “Proqram təminatları-İRBİS-64 proqramı ilə tanşlıq” və “MS ACCESS proqram təminatında Elektron Kitabxana” mövzularında əyani olaraq məlumatlar verilmişdir.
 
29 İyul 2015-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Naziri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə Təhsil Nazirliyinin 2015-ci il üçün Tədbirlər Planının elektron kitabxana şəbəkəsinin genişləndirilməsi barədə 4.7.1.2-ci, 4.7.1.3-cü və 4.7.1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə “Orta ixtisas təhsili müəssisələrinin elektron kitabxanaların qurulması ilə bağlı işçi qrupunun yaradılması barədə” 849 nömrəli əmr imzalamışdır. Əmrin icrası Respublika Elmi Pedaqoji Kitabxanasına həvalə olunmuşdur.
Təhsil Nazirinin əmrinin icrasını təmin etmək məqsədilə Respublika Elmi Pedaqoji Kitabxanasının direktoru T. Ə. İsmixanova Bakı şəhəri üzrə orta ixtisas təhsili müəssisələrində kitabxanaların mövcud vəziyyətinin (kitab fondları, maddi-texniki baza, kadr potensialı və s.), elektron dərsliklərin və kataloqların yaradılması işinin monitorinqi həyata keçirilməsi məqsədilə Təhsil Nazirinin 29.07.2015-ci il tarixli 849 nömrəli “Orta ixtisas təhsili müəssisələrinin elektron kitabxanaların qurulması ilə bağlı işçi qrupunun yaradılması barədə” əmrini və Respublika Elmi Pedaqoji Kitabxanasının “Nizamnaməsi”nin 3.8-ci bəndini rəhbər tutaraq 12 oktyabr 2015-ci il tarixli 46 nömrəli əmr imzalamışdır. Həmin əmrə əsasən 5 nəfərdən ibarət yaradılmış işçi qrupu Bakı şəhərində  və regionlarda yerləşən orta ixtisas təhsili müəssisələrinə ezamiyyə olunmuşlar.
Təhsil Nazirinin əmrinə əsasən yaradılmış işçi qrupu 4 ay müddətində Təhsil Nazirliyi sisteminə daxil olan Bakı şəhəri və regionlarda fəaliyyət göstərən 40 orta ixtisas təhsili müəssisəsində ezamiyyədə olmuşdur. Monitorinq zamanı bu orta ixtisas təhsili müəssisələrinin  çağdaş tələblərə uyğunluğu, maddi texniki bazası, fondu, fəaliyyətini tənzimləyən hüquqi və və texniki sənədlər, kadr potensialı və s. haqqında ətraflı məlumat əldə olunmuş, elektron dərsliklərin və kataloqların yaradılması işinin monitorinqi keçirilmiş,  ekspert dəyərləndirilməsi aparılmışdır. Eyni zamanda Təhsil Nazirinin 849 nömrəli əmrinin 3-cü bəndinə əsasən Respublika Elmi Pedaqoji Kitabxanasının bazası əsasında “Kitabxana sistemlərinin avtomatlaşdırılması  və ənənəvi kitabxanaçılıq” mövzusunda treninqlər təşkil olunmuşdur
 
 
2016-2017-cii tədris illərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki  olan ümumi təhsil müəssisələrində kitabxana işinin düzgün formalaşdırılmasına dəstək vermək məqsədilə ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün  müsabiqə-sorğu keşirmişdir. Sorğunun  nəticəsi əsasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində Bakı şəhər ümüumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlər təşkil olunmuşdur.
Təlimlər 2 istiqamət- “Kitabxana İşinin Təşkili və İdarə olunması” və “Kitabxana İşinin Təşkili zamanı İKT-dən İstifadə Üsulları və Proqram Təminatı” üzrə Respublika Elmi Pedaqoji Kitabxanasının peşəkar kitabxana mütəxəssisləri tərəfindən təşkil edilir. Təlimlərə Bakı şəhərinin 12 inzibati rayonu üzrə kitabxana işçiləri cəlb olunub.
Təlim sessiyalarının yekununda  kitabxana  resurslarla əyani tanışlıq məqsədilə ekskursiyalar  nəzərdə tutulub.