Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

PREZİDENT VƏ TƏHSİL

İlham Əliyev və Azərbaycan təhsili
 
Təhsilin keyfiyyəti onun məzmunu tələbata nə dərəcədə uyğun müəyyənləşdirilməsindən birbaşa asılıdır. Əgər məzmun optimal müəyyən olunmazsa, ən yaxşı şəraitdə təşkil edilsə belə, təlim prosesi lazımi səmərə vermiyəcək. Bununla əlaqədar inkişaf etmiş ölkələrdə ümumi orta təhsilin məzmununa, onun müntəzəm surətdə yeniləşdirilməsi və təkmilləşdirilməsinə daha çox diqqət yetirilir. Bu da əlbəttə təsadüfü deyil. Çünki ümumi təhsil vətəndaşın sonrakı inkişafı üçün bünövrə rolunu oynayır. Bu mənada ümumi orta təhsilin məzmununun dövrün, cəmiyyətin, dövlətin tələbatına uyğun müəyyənləşdirilməsi bütün vaxtlarda ən aktual və ciddi problem kimi qarşıda durmuş, “nəyi, hansı həcmdə və necə öyrətmək” sualı daim müzakirə obyekti olmuşdur. 
Ulu öndərin uzaqgorən siyasi kursunun mubariz davamcısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsili dovlət siyasətinin əsas prioritetlərindən biri hesab edir. Belə ki, son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual muddəalar dayanır. Məsələn, təhsilə ayrılan budcə 2003-cu illə muqayisədə 5 dəfədən cox artaraq 2008-ci ildə 1.1 milyard manata catmış, 2009-cu ildə isə 1.3 milyard manat təşkil etmişdir. Ayrı-ayrı təhsil pillələri uzrə bir təhsilalana düşən xərc də bu illərdə dinamik şəkildə inkişaf etmiş, bu rəqəm ildən-ilə muəyyən qədər yuksəlmişdir. Butun təhsil işcilərinin əmək haqqı, tələbələrin, aspirantların təqaudləri hiss olunacaq dərəcədə artırılmışdır.
Cənab Prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə cəmiyyətin inkişafında yeni zəmin yaratmaqla yanaşı, dovlət başcısının bu uzaqgorən fikirlərini bir daha təsdiqləyir: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına cevirməliyik. Cunki insanın savadı, biliyi onun gələcək həyatını muəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir”. Təhsil sisteminin qarşısında duran əsas vəzifələri muəyyənləşdirərkən Prezident İlham Əliyev belə bir vacib məqamı xususi vurğulamışdır: “Neft, qaz tanrıdan verilən boyuk nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tukənəcək və bilik, zəka, səviyyə isə olkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş olkələrin təcrubəsinə baxsaq, gorərik ki, o olkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır”.
Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına cevirməliyik” muddəasını əsaslandıran dövlət başcısının dediyi kimi, “təhsil əsri” elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu hec vaxt indiki qədər aktual olmamışdır. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına cevrilməsi təmin edir.
Bu gün dövlət büdcəsindən təhsil sahəsinə ayrılan maliyyə vəsaiti hərbi sahədən sonra ikinci yerdədir. Bunun da nəticəsində respublikamızda elm, təhsil sürətlə inkişaf etməkdədir.  Ölkəmizin təhsil sistemi MDB məkanında ən irəlidə gedən təhsil sistemidir. Əminliklə deyə bilərik ki, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün lazımi şərait yaradılıb.Ölkə başçısıİlhamƏliyevin"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinininformasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı"na dair fərmanı təhsil sahəsində görülmüş işlərin bir nümunəsidir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondu və bu fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehribanxanım Əliyeva daima təhsilin inkişafına böyük töhfələr verməkdədir. Belə ki, uluöndərin adını daşıyan fondun maliyyə vəsaiti hesabına respublikamızda onlarla təhsil müəssisəsi təmir edilib, tikilib istifadəyə verilib. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunub. Bundan əlavə, ötən il Azərbaycanda "Təhsil haqqında" qanun qəbul edildi. Yeni təhsil qanununun qəbul edilməsi bir daha onu göstərir ki, ölkə rəhbərliyi təhsilin inkişafında maraqlıdır. Qeyd olunan qanunun qəbulundan sonra, təhsil sahəsində çox yeniliklər baş verdi. Bu yeniliklər də ondan ibarətdir ki, müəllimlər işlərini yenidənqururlar. Ən böyük yeniliklər ondan ibarət oldu ki, təhsilin aspirantura pilləsi ləğv olundu və doktorantura ilə əvəzləndi. Bundan əlavə, "elmlər namizədi" alimlik dərəcəsi "fəlsəfə doktoru" ilə əvəzləndi. Təhsilimizin işıqlandırılması üçün yazılan məqalələrin və dərsliklərin, tərtib olunan proqramların müasir tələblərə cavab verməsi istiqamətində çox böyük işlər görülür. Ona görə də, ölkə təhsili uğurlu bir yoldadır.
Gənclərin xaricdə təhsil alması məsələsi ümummilli liderin sovet dönəmində, Azərbaycana rəhbərliyi dövründə də mövcudidi. Sevindirici haldır ki, bu uğurlu iş bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda onlarla gəncimiz xaricdə- Avropanın bir çox nüfuzlu universitetlərində təhsil alırlar.