Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

ÜMUMMİLLİ LİDER

Ümummilli liderimiz Heydər Əliyev müəllimlərə müraciətlə demişdir: “Məktəb elə bir prosesdir, orqanizmdir ki, hamı-şagird də, tələbə də, müəllim də-bütün kollektiv də inkişafdadır”.

 

Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrünü əhatə edən 1969-1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olmuşdur. Həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçmişdir. Belə inkişaf yolunu təhsil sahəsinə də şamil etmək olar. Təhsil sahəsinin inkişafı xalqımızda milli-mənəvi dəyərlərə qayıdışın əsasını qoydu. Əgər həmin dövrdə Azərbaycan o qədər inkişaf etdirilməsəydi, bugünkü müstəqilliyimiz əsl reallığa çevrilməzdi.

1970-1980-ci illərdə Heydər Əliyevin uzaqgörən siyasəti ilə respublikada aparılan genişmiqyaslı məktəb tikintisi növbəlilik üzrə göstəricinin yaxşılaşdırılmasına güclü təkan verdi. Belə ki, 1970-ci ildə Azərbaycanda 28300 şagird yeri olan 90 ümumtəhsil məktəb binası tikilmişdisə, 1975-ci ildə 2 dəfə çox, yəni 48200 nəfərlik 100 məktəb binası inşa olunmuş, ümumiyyətlə isə həmin illərdə 849 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. Nəticədə şagirdlərin II növbədə oxuma göstəricisi 1978-ci ildə 30, 8, 1980-ci ildə 28, 1, nəhayət, 1985-ci ildə isə 24, 9 faizə enmişdi ki, bununla da ümumi şagirdlərin 75, 1 faizinin I növbədə təhsil almasına real şərait yaradılmışdı. Həmin illərdə məktəblərin tədris, texniki və elmi-metodiki vasitələrlə təminatı da əsaslı şəkildə yaxşılaşmışdı. Təkcə bir fakt kifayətdir ki, 1978-ci ildə fizika və kimya kabinetləri ilə təminat 92, 2 faizə qədər yüksəlmiş, məktəb kitabxanalarının təminatı 97, 9 faizə qalxmışdı.

1970-ci illərdə məktəb müəllimlərinin həvəsləndirilməsi sahəsində Heydər Əliyevin məqsədyönlü fəaliyyəti keçmiş SSRİ-nin orden və medallarına layiq görülmüş maarif işçilərinin sayının 8718 nəfərə, o cümlədən də 3 nəfər müəllimin həmin dövrün ən yüksək adı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ilə nəticələnmişdir. 1980-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə “Azərbaycan SSR əməkdar ali məktəb işçisi” adı təsis edilmiş, bütün bu tədbirlər tezliklə ali məktəb həyatında mənəvi-psixoloji iqlimi kökündən dəyişdirmiş, ali təhsildə keyfiyyət dəyişikliklərinə gətirib çıxartmışdır. 817 müəllim “Azərbaycan SSR-nin əməkdar müəllimi” adı almış, müəllimlərimiz SSRİ və Respublika Ali Sovetlərinə deputat seçilmişlər. Bütün bunlar Heydər Əliyevin müəllim əməyinə, müəllim şəxsiyyətinə olan sonsuz ehtiramının, təhsil işinə əsl rəhbər qayğısının, tamamilə haqlı olaraq, məntiqi nəticəsi kimi qiymətləndirilir. Azərbaycan təhsilinin mühüm tərkib hissəsi olan texniki peşə təhsilinin zəngin tarixi olsa da, onun inkişafının yüksəliş dövrü məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Heydər Əliyevin hakimiyyətə gəlişinin təkcə ilk iki ili ərzində 16 yeni texniki peşə məktəbi açılmışdır. Əgər 1969-cu ildə respublikada cəmi 12 ali məktəb fəaliyyət göstərirdisə, 80-ci illərin əvvəllərində bu rəqəm 17-yə çatdırılmışdır.

Həmin dövrdə respublikamız öz hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislər ordusunun yetişdirilməsinə nail olmuşdur, 70-ci illərin ortalarından hər il orta hesabla 800-1000 nəfər, 80-ci illərin əvvəllərindən isə ildə 1000-1400-ə qədər gənc respublikadan kənardakı tanınmış ali məktəblərə təhsil almağa göndərilmişdir. Göstərilən müddətdə gənclərimizi keçmiş ittifaqın ali hərbi məktəblərinə göndərməklə yanaşı, paralel olaraq respublikada bir sıra ali və orta hərbi təhsil müəssisələri açılmışdır. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmişid Naxçıvanski adına hərbi məktəb yaradıldı və bu da Azərbaycanda hərbi məktəblər şəbəkəsinin sonrakı inkişafında mühüm rol oynadı. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası ilə o illərdə təhsil almağa göndərilən məzunlardır. Azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün ulu öndərimizin həmin illərdəki uzaqgörən siyasəti, konkret fəaliyyəti, atdığı cəsarətli addımlar əslində tarixi missiyanın həyata keçirilməsi idi.

1988-ci ildən etibarən isə təhsil sahəsində tənəzzül, təhlükəli dağıdıcılıq halları müşahidə olunmağa başlandı. 1992-ci ildə respublikada təhsilin inkişafını müəyyənləşdirən təhsil konsepsiyası olmadan tələsikliklə qəbul olunmuş Təhsil Qanunu bu prosesin qarşısını almağa qadir olmadı və əksinə, bir sıra yeni problemlər yaratdı. Belə ki, həmin Qanunda normativ xarakterli müddəaların olmaması, bir çox maddələrin bir-birinə ziddiyyət təşkil etməsi, real inkişaf prosesinin nəzərə alınmaması nəticədə müəllimlərin sosial vəziyyətini daha da ağırlaşdırmış, qeyri-qanuni təhsil müəssisələrinin açılmasına şərait yaratmış, təhsil sistemini tənzimləyən normativ sənədlərin hazırlanmasına və tətbiqinə maneçilik törətmişdir.

Beləliklə, 1992-ci ildə qəbul olunmuş Təhsil Qanunu respublikada təhsil prosesinin inkişafına kifayət qədər şərait yarada bilmədi. Təhsilin inkişafına 1993-cü ildən sonra xüsusi qayğının göstərilməsi Azərbaycan Respublikasının Prezidenti ümummilli lider Heydər Əliyev cənablarının daha çox diqqət mərkəzində olmuş, vətəndaşların təhsil hüquqları məhz möhtərəm Prezidentin rəhbərliyi ilə işlənilmiş və qəbul edilmiş Konstitusiyada da dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsinə qaldırılmış, bütün Şərqdə ilk dəfə olaraq ümumi icbari orta təhsilin həyata keçirilməsinə başlanmışdır.

Ümummilli liderimizin zəngin həyatı həmişə təhsillə bağlı olmuşdur: Ümummilli lider qeyd edirdi: “Məktəbmaariftəhsil işi ilə həmişə sıx bağlı olmuşamHesab edirəm kicəmiyyət haradan olursa olsunnədən olursa olsun ,kəsib təhsilə xərcləməligənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”. Bu kəlamlar böyük rəhbərimizin təhsilə nə qədər önəm verdiyinin təzahürüdür. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə əhalisinin təxminən 20 faizini təşkil edən ümumtəhsil məktəb şagirdlərinin dərsliklərlə dövlət təminatına keçilməsi haqqında xüsusi qərar 1994-cü ildə məhz ölkə başçımızın şəxsi təşəbbüsü ilə qəbul edilmişdir. Həmin qərarın icrası nəticəsində ibtidai siniflər üzrə hər iki bölmə üçün 46 adda, I-XI siniflər üzrə isə 136 adda yeni milli dərsliklər hazırlanıb şagirdlərin istifadəsinə verilmişdir, V-XI sinif dərsliklərinin çapına zəruri şəraitin yaradılması məqsədilə 2000-2001-ci illərdə Respublika Hökuməti tərəfindən 7,4 milyard manat faizsiz kredit ayrılmışdır ki, bu da öz növbəsində yeni dərsliklərin çapı prosesinin tənzimlənməsi və onların vaxtında istifadəyə verilməsi üçün real şərait yaratmışdır. Hazırda da bu iş intensiv şəkildə “Dərsliklərin hazırlanması, nəşri və təminatı sahəsində Dövlət Proqramı”na uyğun olaraq davam etdirilir.

Böyük öndər Azərbaycan tarixində ilk dəfə təhsil sahəsində islahatlar aparılması üçün tapşırıqlar verdi. Bu məqsədlə 1998-ci il martın 30-da Prezident sərəncamı ilə Azərbaycan Respublikasında Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. 1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı.

Ulu öndərin uzaqgorən siyasi kursunun mubariz davamcısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də təhsili dovlət siyasətinin əsas prioritetlərindən biri hesab etmişdir. Belə ki, son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual muddəalar dayanır. Məsələn, təhsilə ayrılan budcə 2003-cu illə muqayisədə 5 dəfədən cox artaraq 2008-ci ildə 1.1 milyard manata catmış, 2009-cu ildə isə 1.3 milyard manat təşkil etmişdir. Ayrı-ayrı təhsil pillələri uzrə bir təhsilalana düşən xərc də son illərdə dinamik şəkildə inkişaf etmiş, bu rəqəm ildən-ilə muəyyən qədər yuksəlmişdir. Butun təhsil işcilərinin əmək haqqı, tələbələrin, aspirantların təqaudləri hiss olunacaq dərəcədə artırılmışdır.