Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Beynəlxalq məktəb kitabxanaları günü

Bu gün çox xeyirxah və lazımlı bir hadisə kimi  Beynəlxalq məktəb kitabxanaları gününü qeyd edirik. Çünki kitabxanalar çox lazımlı və vacib bir qurumdur. Bu məkana həm kiçik məktəblilər, həm də böyük yaşlı uşaqlar müxtəlif biliklər əldə etmək üçün müraciət edir. Məktəb kitabxanalarının nə qədər lazımlı olduğunu hər kəs bilir. 
Kitabı uşaqlara ən yaxşı tanıdan məktəb, bir də onun kitabxanasıdır. Burada ayrı-ayrı fənlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə, axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür. Məhz bu səbəbdən məktəb kitabxanalarının şərəfinə bu günü bütün dünyada qeyd edirlər.
Bu da təsadüfi deyil ki, 1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabrın dördüncü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları Günü kimi təsis edilmişdir. Belə bir günün qeyd olunacağını Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyasının prezidenti Blanş Vulz bəyan etmişdir. 2005-ci ildə isə həmin assosiasiyanın növbəti prezidenti Piter Genko bu bayrama rəsmi status verildiyini təsdiqləmişdir. Bundan sonra bütün dünya məktəblərində bu möhtəşəm və vacib bayramı qeyd edirlər. 
2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd edilir. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir. Digər günlərdə isə müxtəlif kiçik həcmli tədbirlər həyata keçirilir.  Bir çox ölkələr bu bayramı məktəb kitabxanalarının problemlərini və çatışmazlıqlarını göstərmək üçün təşkil edirlər. Bu şəkildə bədii ədəbiyyat çatışmazlıqları, kitabxana texnikası və avadanlıqla bağlı təminatda olan  yetərsizliklər və hətta təmirlə bağlı problemlər meydana çıxarılır. Buradan belə məlum olur ki, bütün aylıq  xeyriyyə aksiyası kimi qeyd edilir.  Kitabxana üçün “kitabı məktəbə həsiyyə et” adlı kitab yığımı tədbiri keçirilir, bütün məktəblilər üçün kitabın və kitabxananın əhəmiyyəti haqqında sinifdənxaric kitabxana dərsləri keçirilir. Böyük şəhərlərdə  bu günlərdə bütün ərazi üzrə kitabxanaçıların yığıncağı keçirilir. Bu konfranslarda onlar işin təkmilləşdirilməsi və yeniliklər  haqqında  müzakirələr aparırlar. Eləcə də bu gün təcrübə mübadiləsi aparmaq üçün çox yaxşı fürsət hesab olunur. Müasir dövrdə kitabxanaçılıq  çox çətin həm də şərəfli bir peşədir. Məktəb kitabxanaçısı uşaqlara kitabla davranış qaydalarını öyrətməlidir, axı o kitabdan çox şey öyrənə bilər. Ona görə də kitabxanaçı uşağı kitabdan keçən doğru yola yönəldən bir müəllim olmalıdır. 
Bütün oktyabr ayı ərzində bütün kitabxana işçiləri, eləcə də müəllimlər uşaqların kitabın dəyərini başa düşməsi üçün silsilə tədbirlər keçirirlər. Bu ola bilər 
1.Kitabxanaya ekskursiya, hansı ki, bu zaman uşaqlara kitabın və kitabxanaların  yaranma tarixi  haqqında söhbət açılır.
2. uşaqların sevimli kitabların qəhrəmanını çəkdikləri rəsm müsabiqələri. Bu cür müsabiqənin nəticəsində uşağın  marağına uyğun ədəbiyyatı öyrənmək olar. 
3.Kitab oxusu müsabiqəsi. Bu zaman kitab oxuyan iştirakçının intonasiya və durğu işarələrinə riayət etmə qaydaları nəzərə alınır.  Bu konkurs uşaqlarda mütaliəyə maraq yaratmaq üçün keçirilir.
4.İntellektual oyunlar və viktorinalar. Bu tədbirlər uşaqların şüurunu inkişaf etdirir və onları əyləndirir. 
5.Sevimli kitablardan səhnəciklər hazırlamaq. Bu cür müsabiqələr çox faydalıdır və uşağın yaddaşını və fantaziyasını gücləndirməyə kömək edəcəkdir. Çünki bu zaman uşaq kitabdakı bütün səhnələri yaddaşında canlandırmalı olur. 
 Dünya ölkələrində  bayram
    Rusiyada bu bayramı 2008-ci ildən qeyd etməyə başlamışlar. Bütün il  ərzində  kütləvi tədbirlər   “ Məktəb kitabxanası gün axtarışında”  şüarı ilə keçirilir. Son illərdə keçirilməsi  vacib olan bəzi   tədbirlərin  qəbul edildiyi forum keçirildi. Əsas hadisə isə məktəb kitabxanaları gününə həsr edilmiş forumun təsis edilməsi idi. Buraya  Rusiyanın bütün məktəb kitabxanalarının əməkdaşları dəvət olunur. Forumda kitab və kitabxana ilə bağlı bütün problemlər  müzakirə olunur.                   
Qərbdə bayram
Avstraliyada bu gün milli geyim geyinmək qəbul olunmuşdur. Bütün məktəb kitabxanalarında könüllülər işləyir. Müxtəlif kitab və rəsm sərgiləri keçirilir. Məktəbdə açıq dərslər və sinif saatı keçirilir. Burada uşaqlarla kitab haqqında söhbətlər aparılır. Roma universitetində məktəb kitabxanalarının uşaqların təhsilində rolu haqqında  məsələlərin müzakirə edildiyi seminarlar keçirilir. Polşada kitabxanalara həsr edilmiş sərgilər, oxu günləri,  müsabiqələr geniş  yayılmışdır. Və ən başlıca müsabiqə isə kitab üçün üzlük hazırlanması olur. Rumıniya məktəb kitabxanaları üçün kitab toplanması aksiyası keçirir. Həmçinin, burada ədəbiyyatdan sevimli seçmələr başlığı ilə ucadan oxu günləri keçirilir. 
Ən maraqlı müsabiqələr isə Çexiyada keçirilir. Burada daima uşaqların kitab üçün gözəl üzlük tərtib etdiyi oyunlar keçirilir. Nadir və qədim kitablar sərgisi,  əcnəbi dillərdən tərcümələr həyata keçirlir. Bu tip müsabiqələr bütün dünyada çox məşhurdur. Portuqaliyada  “Mənim fikrimcə məktəb kitabxanası”, sevimli kitaba şəkillərdə” adlı rəsm səgisi, ilə kitabsevərləri maraqlandırırlar. Irlandiyada və Birləşmiş   krallıqda iki on günlükdə mart ayının birinci cümə axşamında qeyd edilir bu bayram qeyd edilir. Bu ölkələrdə həmin bayramla bağlı məktəblilərə xüsusi jeton verilir mi onlar bu jetonla cəmi 1 sentə istədikləri kitabı ala bilərlər. Bu bayram günündə heykəltəraşlar da şən və maraqlı bayram keçirilməsində çox kömək edirlər. Onlar kitaba həsr edilmiş çoxlu heykəllər hazırlayırlar.