Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Respublika Elmi Pedaqoji Kitabxanası 35 il

2018-ci il də Respublika Elmi Pedaqoji Kitabxanasının yaranmasının 35 ili tamam olur. Əsası 1983-cü ildə qoyulmuş Respublika Elmi Pedaqoji Kitabxanası Azərbaycan Respublikası üzrə elmi-pedaqoji ədəbiyyatın milli kitabsaxlayıcısı, Təhsil Nazirliyinin çoxsaylı kitabxanalarının elmi-metodik mərkəzi funksiyasını yerinə yetirir. Təhsil ocaqlarında çalışan və təhsil alan yüz minlərlə oxucunun kitabxanalara olan ehtiyacını vahid istiqamətə yönəldən, ədəbiyyatla təmin edən Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) bir sıra çətinliklərə və maneələrə baxmayaraq təşkil edilmiş və bu illər ərzində öz funksiyasını uğurla həyata keçirmişdir. 35 illik yubiley münasibətilə kitabxananın bir qrup əməkdaşı "Fəxri fərman"la təltif edilmişdir.