Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Kitabxana son illərdə (2012-2016)

Respublika Elmi Pedaqoji Kitabxanası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 5000-ə yaxın ümumtəhsil, 140-a yaxın peşə məktəbi və 40-dan artıq orta ixtisas təhsili müəssisələrinin kitabxana şəbəkəsinə məlumat-biblioqrafiya və kitabxana xidmətini həyata keçirən elmi-metodik əlaqələndirmə mərkəzidir. Təhsil Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası respublikanın bütün ali, orta ixtisas və ümumtəhsil müəssisələrinə, eləcə də elm və təhsil sahəsində tədqiqat aparan ayrı-ayrı alim və mütəxəssislərə məlumat-biblioqrafiya və informasiya xidmətini həyata keçirir. REPK-nın fondunda təhsil, elm və pedaqogika sahəsinə dair nəşrlər, dərslik və dərs vəsaitləri, sorğu materialları, dövri və ardı davam edən nəşrlər, dissertasiyalar, avtoreferatlar və s. ənənəvi və elektron resurslar qorunub saxlanılır. 
REPK-da metodik rəhbərlik dedikdə ilk növbədə təhsil kitabxanalarının fəaliyyətinin dinamik inkişafına yönəlmiş, nəzəri əsaslara və mütərəqqi təcrübəyə söykənən, özündə rəngarəng forma və üsulları birləşdirən müxtəlif metodik proseslərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur. REPK-nın fəaliyyətində metodik təminat işi kitabxana işinin vacib sahələrindən biri kimi mühüm əhəmiyyət kəsb edir və onun inkişaf etdirilməsi olduqca vacib hesab olunur. Son illər kitabxana sahəsində sürətlə gedən inkişaf yeni biliklərə qısa zamanda yiyələnməyi tələb edir. Elm və texnikanın inkişafı, kitabxana işinə uyğun yeni sahələrin, istiqamətlərin yaranması, kitabxanalarda yeni informasiya texnologiyalarına keçid kitabxana işçilərinin bu sahədə təlimatlandırılması və kompüter savadlılığının artırılmasına zərurət yaratmışdır. Bu məqsədlə REPK-nın bazası əsasında təhsil müəssisələrinin kitabxanaçıları üçün vaxtaşırı seminarlar, kurslar, treninqlər təşkil olunmuşdur. 2014-2015-ci illərdə kitabxananın əməkdaşları tərəfindən təhsil müəssisələri kitabxanaçılarının yeni informasiya texnologiyalarına yiyələnməsi üçün “Yeni informasiya texnologiyalarının əsaslarının öyrədilməsi”, “İRBİS-64 proqramının öyrədilməsi”, “REPK-nın Məlumat Bazasından (Verilənlər bazası) istifadə qaydalarının öyrədilməsi”, “ACCESS proqramında elektron qeydiyyatın və elektron kataloqun yaradılması və istifadəsi qaydaları” mövzusunda kurslar və treninqlər keçirilmişdir. Bu kurs və treninqlərdə Bakı şəhəri üzrə ümumtəhsil müəssisələri kitabxanaçılarının 90%-i, regionlar üzrə isə ümumtəhsil məktəblərinin kitabxanaçılarının 50 %-i iştirak etmişlər. Kurslarda iştirak edən kitabxanaçılara REPK-nın əməkdaşları tərəfindən hazırlanmış metodik vəsaitlər və sertifikatlar təqdim olunmuşdur. 
2015-ci ildə REPK-nın əməkdaşları tərəfindən Sumqayıt, Yevlax, Bərdə Kürdəmir Göygöl rayonlarında təhsil müəssiələrinin kitabxanaçıları üçün ənənəvi kitabxanaçılıq və yeni informasiya texnologiyaları mövzusunda kurslar keçirilmişdir. Hər bir rayon üzrə bu kurslarda şəhər və kəndlərdə yerləşən ümumtəhsil müəssisələrində çalışan 20 nəfər kitabxanaçı iştirak etmiş və sertifikat almışdır. 
Həmçinin, 2015-2016-cı illərdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə əlaqədar “Orta ixtisas təhsili müəssisələrinin elektron kitabxanalarının qurulması ilə bağlı işçi qrupunun yaradılması barədə” təhsil nazirinin 29 iyul 2015-ci il tarixli 849 nömrəli əmrinin icrası Respublika Elmi Pedaqoji Kitabxanasına həvalə olunmuşdur. Həmin əmrə əsasən REPK-nın əməkdaşları Bakı şəhərində və respublikanın regionlarında yerləşən 44 orta ixtisas təhsili müəssisəsində monitorinq keçirmiş və hesabat hazırlayaraq Təhsil Nazirliyinə təqdim etmişlər.
Bununla yanaşı, həmin əmrə uyğun olaraq orta ixtisas təhsili müəssisələrinin kitabxanaçıları üçün REPK-nın bazasında “Ənənəvi kitabxanaçılıq” və “Kitabxana sistemlərinin avtomatlaşdırılması” mövzularında treninqlər təşkil olunmuşdur. Bu treninqlərdə Bakı və Sumqayıt şəhəri üzrə 51, regionlar üzrə 22 kitabxanaçı iştirak etmişdir. Bütün kurs iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
Eyni zamanda təhsil sistemi kitabxanalarında kitabxana proseslərinin avtomatlaşdırılması məqsədilə Microsoft Access proqramı əsasında verilənlər bazası hazırlanmış və REPK-nın təşəbbüsü ilə Bakı şəhəri və regionlarda yerləşən bir sıra ümumtəhsil məktəbləri və orta ixtisas təhsili müəssisələrinin kitabxanalarında tətbiq olunmuşdur. Bu bazada komplektləşdirmə, kataloqlaşdırma, kitabişləmə, oxucu qeydiyyatı, kitab verilişi və s. kitabxana proseslərini elektron formada həyat keçirmək mümkündür. Hal-hazırda bir sıra təhsil müəssisələrinin kitabxanalarında bu məlumat bazası uğurla tətbiq edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2016-ci il tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi"nin hazırlanmasında Təhsil Nazirliyi ilə birgə REPK-nın əməkdaşları da iştirak etmişdir. 2016-cı ildə  REPK-a tərəfindən yeni Əsasnamənin təsdiqi ilə əlaqədar Bakı şəhəri və regionlarda olan ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün silsilə seminarlar təşkil olunmuşdur. 
Ümumiyyətlə, 2014-2016-cı illər ərzində REPK-nın təşəbbüsü ilə təhsil müəssisələrinin kitabxanalarının işini əlaqələndirmək və qabaqcıl təcrübənin təbliği məqsədilə müxtəlif mövzularda müşavirələr və konfranslar, seminarlar təşkil edilmişdir. REPK-nın əməkdaşları daima bölgələrdə ezamiyyələrdə olmuş, yerlərdə təhsil müəssisələrinin kitabxanaçılarına metodik köməklik göstərmişlər. Kitabxananın metodistləri 2014-cü ildə respublikanın 32 rayonunda, 2015-ci ildə 27 rayonda, 2016-cı ildə 27 rayonda ezamiyyədə olmuşlar. Regionlara ezamiyyələr zamanı 270 şəhər məktəbi və 130 kənd məktəb kitabxanası əhatə olunmuş, onlara metodik köməklik göstərilmiş, kitabxananın metodistləri tərəfindən hazırlanmış vəsaitlər verilmişdir.
REPK-nın fəaliyyətində metodik təlimat xarakterli vəsaitlərin tərtibi çox böyük yer tutur. Mövzu, məzmun, forma etibarilə müxtəlif olan həmin vəsaitləri birləşdirən ümumi cəhət təhsil müəssisələri kitabxanalarının çoxsaylı oxucularına kitabxana xidmətinin təkmilləşdirilməsidir. Bu məqsədlə kitabxananın bütün potensial imkanlarından geniş istifadə edilir. Belə vəsaitlərin  hazırlanmasının kitabxananın metodik fəaliyyətinin aparıcı tərkib hissəsinə çevrilməsi metodik vəsaitlərin mükəmməl nümunələrinin meydana çıxmasına səbəb olmuşdur. Bu vəsaitlər içərisində “Heydər Əliyev İrsinin öyrənilməsi və təbliği sahəsində məktəb kitabxanalarının vəzifələri” (2014),“Ümumtəhsil müəssisələrinin kitabxanaları üçün İRBİS-64 proqramı” (2014), “Ümumtəhsil müəssisələrinin kitabxanaları üçün ACCESS proqram təminatı əsasında kitabxana xidməti və işinin avtomatlaşdırılması”(2014), “Ümumtəhsil, peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanaçıları üçün asanlaşdırılmış İKT-dən istifadə üsulları və proqram təminatları ilə işləmə qaydası”(2015), “Şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması. Sinifdənxaric oxu”(2014), “Təhsil müəssisələrinin kitabxanalarında kütləvi tədbirlər və təbliğat formaları”(2015) və s. adlı metodik vəsaitlər kitabxana işinin aktual məsələlərinə dair yeni müddəa və tövsiyələri, eləcə də qabaqcıl təcrübəni eyni vaxtda bütün kitabxanalar arasında yaymağa imkan verən mühüm nəşrlərdir.
REPK-nın əməkdaşları kitabxana işinin ayrı-ayrı təşkilati və texnoloji proseslərinə həsr edilmiş vəsaitlərlə yanaşı, məktəb kitabxanalarının işini əlaqələndirmək məqsədilə müvafiq normativ sənədlər də hazırlayıb çap etdirmişlər. Onlardan bəzilərini nümunə göstərmək olar: “Məktəb kitabxanası işinin planlaşdırılması (2015)”, “Universal Onluq Təsnifat (Orta ixtisas təhsili müəssisəsi kitabxanaları üçün qısaldılmış variantı)” (2015), “Metodik vəsaitlər toplusu” (2015), “Kitabxana işinə dair hüquqi-normativ aktlar”(2015).
Eyni zamanda REPK-a oxucu qruplarının maraq və sorğularının müxtəlif formalarla öyrənilməsində və ödənilməsində kitabxana işi üçün çox gərəkli olan profilinə uyğun illik biblioqrafik göstəricilər tərtib etmişdir: “Pedaqogika. Pedaqoji elmlər. Retrospektiv biblioqrafik göstərici”(2014), “Yeni kitablar: Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici” (2014), “Əhməd Seyidov. Biblioqrafiya”(2015), “Mehdi Mehdizadə. Biblioq-rafiya”(2015), “Akademik Rəfiqə Mustafayeva biblioqrafiya”(2015),  “Görkəmli Pedaqoqlar” (2015) və s.
Bundan başqa 2016-cı ildə REPK-nın əməkdaşları tərəfindən “Kitabxana-biblioqrafiya və İnformasiya terminlərinin izahlı lüğəti” hazırlanmışdır. Lüğətə kitabxana işinə aid 2200-ə qədər termin daxil edilmişdir.
Respublika Elmi Pedaqoji Kitabxanası fəaliyyət göstərdiyi 33 ildə metodik fəaliyyətlə yanaşı kitabxana xidməti sahəsində də bцtцn parametrlяr цzrя иnkишaf etmиш, respublиkada dörd sahəvi kиtabxanadan bиrи hesab edиlиr. Sahəvi kиtabxanalar arasыnda sяnяd иnformasиya potensиalыna, fяalиyyяt daиrяsиnя vя xиdmяt gюstяrиcиlяrиnя gюrя bиrиncи yerdя durur. Elmи kиtabxananыn иnformasиya resurslarы иlk иllяrlя mцqayиsяdя son üç ildə 300-500 dяfя, kadrlarыn peşkarlıq səviyyəsi 10-15 dяfя, maddи-texnиkи bazasы dяfяlяrlя иnkишaf etmиш vя mюhkяmlяnmишdиr. Son üç ildə REPK-a oxuculara kitabxana xidmətini günün tələbləri səviyyəsində təşkil etmək məqsədilə ənənəvi forma və üsullardan, yeni metodlardan bacarıqla istifadə etmiş, öz işində ardıcıl olaraq islahatlar aparmış, xidmət prosesini təkmilləşdirmiş və yeniləşdirmişdir. Respublikada təhsil sahəsində olan oxucu kontingentinin formalaşmasında, pedaqoji elmlər üzrə ən yaxşı kitabların oxucular arasında təbliğində REPK-nın həlledici rolu vardır. Burada oxuculara xidmət işi müəyyən əməliyyatlar üzrə kitabxanaçılar arasında bölgü aparmaq əsasında qurulmuşdur. Oxucuların mütaliə tələbatının tam və dolğun ödənilməsi, hər bir oxucunun müəyyən mövzu üzrə daha çox ədəbiyyata müraciət edə bilməsi, eləcə də mövcud ədəbiyyatdan daha dolğun istifadəsi üçün kitabxana daima yeniliklər tətbiq etmiş, öz işini təkmilləşdirmişdir. REPK-da oxuculara xidmətin müasir forma və üsullarını tətbiq etməklə son üç ildə informasiya cəmiyyətinin formalaşması yönümündə kütləvi tədbirlər - kitab sərgiləri, kitab təqdimatları, görüşlər, konfranslar və s. keçirilmişdir. Kütləvi tədbirlər REPK-nın fəaliyyətində kitabın və digər çap məhsullarının geniş oxucu kontingentinə təbliğ edilməsində xüsusi rol oynayır. Məsələn, kitabxanada daimi olaraq “Yeni kitablar” və “Yeni jurnallar”, “Ümummilli lider Heydər Əliyev”, “Prezident və təhsil”, “Hüquqa dair kitablar” sərgiləri təşkil edilir. Burada hər dəfə 18-20 kitab və jurnal nümayiş etdirilir.  Bu, il ərzində təxminən 160-dan çox kitab və jurnalın oxucularla tanışlığına şərait yaradır. Bundan başqa kitabxanada müntəzəm olaraq “Mütəxəssis günü”, “Məktəbli kitabxanası”, “Pedaqoq”, “Kitabsevərlər” günü və bu kimi tədbirlər keçirilir. Həmçinin oxucular üçün REPK-a tərəfindən Məktəb kitabxanaçıları günü, Dünya Azərbaycanlılarının həmrəyliyi günü, 20 yanvar faciəsi, Xocalı faciəsi ilə əlaqədar əlamətdar və tarixi günlərə dair tədbirlər müntəzəm olaraq təşkil olunmuşdur.  REPK-da  son üç il ərzində bir sıra görkəmli və tarixi şəxslərin yubiley tədbirləri keçirmişdir. Bunlardan 2014-cü ildə “Nəcəf bəy Vəzirov 160”, “ Xan Şuşinski 125”, “Qılman İlkin-”, “İlyas Əfəndiyev 100”; 2015-ci ildə “Üzeyir Hacıbəyli 130”, “Həzi Aslanov 105”, “Əli ağa Şıxlinski-”, Süleyman Sani Axundov 140”: “Nizami Gəncəvi 875”, “Süleyman Rüstəm 110”, Əlişir Nəvai 575” həsr edilmiş yubiley tədbirləri keçirilmişdir. Bu tədbirlərdə yubilyarlara aid sərgilər təşkil edilmiş,  onların həyat və yaradıcılığına həsr edilmiş təqdimatlar hazırlanmışdır.
Hər bir illik kütləvi tədbirlər planı hazırlanarkən respublikanın ictimai-iqtisadi və siyasi həyatında baş verən hadisələr, insanların bu hadisələrə konkret münasibətləri, dövlətin və xalqın qarşısında duran perspektiv vəzifələr və problemlər nəzərə alınmışdır. Belə ki, təhsil naziri Mikayıl Cabbarovun 16 dekabr 2014 cü il tarixində “Ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” 1279 №-li əmrini əsas tutan REPK-a 2015-ci ilə “Sən mütaliə edirsənmi?” devizi ilə qədəm qoymuşdur. Eləcə də kitabxana oxucuların mütaliə mədəniyyətinin formalaşmasına, oxuculara xidmət səviyyəsinin yüksəldilməsinə, kitabın, kitabxanaların təbliğinə kömək edən müxtəlif məzmunlu, rəngarəng tədbirlər, anket sorğuları, monitorinqlər keçirmiş, kitabın cəmiyyət həyatındakı rolunu yüksəltmək, kitabxananı oxucu kütləsinə yaxınlaşdırmaq üçün oxucularla, təhsil müəssisələri ilə əlaqələri daha da möhkəmləndirilmişdir. Bunlara misal olaraq narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Ağ ölümə “yox” deyək” , “İnsanlar üçün yeni bəla”, “Düşmənimizi tanımalıyıq” adlı dəyirmi masa və diskussiya, 31 mart soyqırım gününə həsr olunmuş “Tarix susan deyil, bizlər susmasaq” adlı oxucu konfransı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illik yubileyi ilə əlaqədar “Böyük ömürdən səhifələr” və Zərifə Əliyevanın yubileyi ilə bağlı “Görkəmli oftalmoloq” adlı oxucu konfransı, həmçinin, “2016-cı il Azərbaycanda multikultuaralizm ilidir” adlı xüsusi layihə həyata keçirilmiş, gənc oxuculara bu mövzuda geniş məlumat çatdırılmışdır. 
Respublika Elmi Pedaqoji Kitabxanası 2016-cı ildən #eldenele layihəsinə start vermişdir. Layihənin məqsədi #odaoxusun haştağı ilə kitab oxumağı sevib lakin, kitab almağa vaxtı və imkanı olmayan vətəndaşların da mütaliəsiz qalmamasıdır. Layihənin mahiyyəti belədir: bir nəfər hər hansı bir kitabı oxuduqdan sonra onu ictimai yerdə- parkda, kafedə, qatarda, metro stansiyasında “unudur” ki, başqa biri onu tapıb oxusun. Kitabların belə “səyahət”i internet sayt tərəfindən izlənilir. Layihə oxucular tərəfindən maraqla qarşılanır və kitabxanaya daha çox oxucu cəlb edilməsinə səbəb olmuşdur.
REPK-a zəngin fonda malik olmaqla Azərbaycan, rus, ingilis, fransız və digər dillərdə olan dərslik, dərs vəsaitləri, lüğətlər, ensiklopediyalar, dissertasiyalar, avtoreferatlar, dövri mətbuat (qəzetlər, jurnallar), elektron materiallarla kitabxanaya müraciət edən oxucuların, professor-müəllim heyətinin, doktorantların, bakalavr, magistr təhsili alan bütün tələbələrin və tədris köməkçi heyətin tam xidmətindədir. Bundan əlavə digər xarici dövlətlərdən təhsil almağa gəlmiş tələbələrin, tədqiqatçıların kitabxanaya müraciəti və sorğuları lazımınca ödənilir və onlara yüksək səviyyədə xidmət göstərilir. Belə ki, kitabxanada hər bir tələbənin, hər bir oxucunun sorğusuna fərdi yanaşılır, onların kitaba olan təlabatı lazımi səviyyədə ödənilir. Sevindirici haldır ki, son illərdə oxucuların kitabxanaya müraciəti və marağı xeyli artıb. Kitabxanada müxtəlif oxucu qruplarına daha keyfiyyətli və az vaxt sərf etmək məqsədilə kataloq və kartotekalar qarşısında təcrübəli və peşəkar kitabxanaçı və biblioqraflar müntəzəm olaraq növbətçilik edir və onların hər hansı bir sorğusunun tez bir zamanda ödənilməsinə yardımçı olurlar. Kitabxana zəngin fonda malik olmaqla elmin bütün sahələrinə dair ədəbiyyatı özündə cəmləşdirib. Ümumiyyətlə, kitabxananın fəaliyyətinin əsas istiqamətləri kitablar və digər sənəd növləri üzrə fondları formalaşdıraraq informasiya ehtiyatları yaratmaq, onları mühafizə etmək, həmin fondları özündə əks etdirən mükəmməl ənənəvi və elektron kataloq, kartoteka və biblioqrafik vəsaitlər sistemini tətbiq etmək, onu daim inkişaf etdirməklə bu fondları oxucuların hərtərəfli istifadəsinə verməkdən ibarətdir. Son üç il ərzində kitabxananın illik oxucu sayı: 2014-cü ildə 50358, 2015-ci ildə 55820, 2016-cı ildə 60426 nəfər olmuşdur. Virtual oxucuların (saytdan istifadə edənlər) sayı 34443 nəfər, sifariş xidmətlərindən istifadə edənlər 1678 nəfər olmuşdur. 2016-cı ildə ümumilikdə 96547 nəfər oxucuya xidmət edilmişdir. Bu oxucular üzrə orta illik kitab verilişi: 2014-cü ildə 635320, 2015-ci ildə 643451, 2016-cı ildə 654675 nüsxə olmuşdur. Elektron informasiya xidməti və “Oxuculara xidmət  və abonement şöbəsi” vasitəsilə il ərzində 33096 oxucu internet xidmətlərindən istifadə etmiş, onların sorğuları üzrə 1556 elektron arayış ödənilmişdir. Bu illər ərzində oxucular üçün 10 sosioloji sorgu keçirilmişdir. “Sifarişlərin gec gəlməsi”, “Biblioqrafların xidməti” və “Kitabxanaçıların rəftarı”, “Elektron xidmət necə olmalıdır”, “Hansı kitabları oxumaq istərdiniz”, “Oxucu nə istəyir” adlı sorğuların hər biri 5 sualdan ibarət olmuşdur. Bu sorğular üzrə 890 ədəd anket paylanmış, 815 anket cavablanmış, 75 ədəd anket boş qaytarılmışdır. Anket sorğunun nəticələrinə əsasən oxucular öz təkliflərini bildirmişlər.
Oxucuların informasiya tələbatına və sorğularına uyğun daha dolğun kitabxana fondunun yaradılması kitabxananın qarşısında duran mühüm vəzifələrdən biridir. Ona görə də kitabxana fondlarının komplektləşdirilməsi məsələsi ən vacib və mürəkkəb problemlərindən biri kimi daima ön planda olmuşdur. REPK-a yarandığı dövürdən əvvəlki illərə aid ədəbiyyatı müttəfiq respublikalarla mübadilə yolu ilə əldə etmişdir. Bir sıra ümumittifaq kitabxanaları, o cümlədən, Moskva şəhəri K.D.Uşinski adına Dövlət Elmi Pedaqoji Kitabxanası və Xarkov Universitetinin Kitabxanası ilə əlaqə yaradaraq antik kitab statuslu bir sıra qədim nəşrlər və xarici dillərdə olan nəşrlər əldə etmişdir. 2014-cü ildə kitabxananın fondunda 575475 nüsxə xarici dillərdə ədəbiyyat olmuşdur. 2015-ci ildə kitabxana fonduna daxil olmuş 2355 nüsxə kitab hesabına bu rəqəm artaraq 577830 nüsxə olmuşdur. 2016-cı ildə isə kitabxananın xarici dillərdə olan ədəbiyyat fondunun sayı 3355 nüsxə artaraq 581185 nüsxəyə çatmışdır. REPK-a bir sıra xarici dillərdə dərc edilən qəzetlərə və elmi jurnallara da abunə yazılmışdır. Kitabxananın qəzet və jurnal fonduna 2014-cü ildə 280 nüsxə (13 adda jurnal, 3 adda qəzet), 2015-ci ildə 252 nüsxə (10 adda jurnal, 3 adda qəzet), 2016-cı ildə 218 nüsxə (7 adda jurnal 3 adda qəzet) daxil olmuşdur. Ümumilikdə REPK-a son üç ildə 750 nüsxə xarici dillərdə dərc edilmiş qəzet və jurnal almışdır. 
Bundan başqa REPK-a Rusiya Elmi-Texniki İnformasiya Mərkəzi ilə əlaqələr yaratmış və elmi tədqiqatların mikrofiş və mikrolentlərinin fondunu əldə etməyə nail olmuşdur. Hal hazırda REPK-nın fondunda 2354 nüsxə elmi tədqiqatlara dair mikrofiş və mikrolent qorunub saxlanılır.
M.F.Axundov adına Milli Kitabxana, Azərbaycan Dövlət Xarici Dillər Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin elmi kitabxanaları, Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və respublikanın bir sıra iri kitabxanalarından mübadilə yolu ilə alınan kitablar hesabına REPK-nın kitab fondu xeyli zənginləşmişdir. Həmçinin, REPK-a həm SSRİ dövründə həm də müstəqillik əldə olunduqdan sonra pulsuz məcburi nüsxələr almışdır. Kitabxana son illərdə uşaqların intellektual səviyyəsinin inkişafı üçün nəşr olunmuş kitablar, uşaqların hüquqlarına həsr edilmiş Cenevrə Konvensiyası materialları və onlara aid metodik ədəbiyyatı almağa nail olmuşdur. 2014-cü ildən REPK-a Təhsil Nazirliyinin qrifi ilə çap olunmuş nəşrlərin məcburi (elektron və çap formasında) nüsxələrini alır. Bütün bunların nəticəsində REPK-nın kitab fondu xeyli zənginləşmişdir. 2014-cü ildə kitabxananın fondunda ümumilikdə 1.985.885 nüsxə kitab olmuşdur, 2015-ci ildə Təhsil Nazirliyinin xətti ilə alınan kitablar və dərsliklər, məcburi nüsxələr və hədiyyə kitablar hesabına kitabxananın fondu artaraq 2.000.653 nüsxəyə çatmışdır. 2016-cı ildə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası kitabxanaya öz mübadilə fondundan bütün sahələri əhatə edən kitablar hədiyyə etmişdir. Bu hədiyyə kitabların və digər alınmış ədəbiyyatın, eləcə də məcburi nüsxələrin hesabına REPK-nın fondu 2.025.653 nüsxəyə çatmışdır. 
Bundan başqa kitabxana böyük avtoreferatlar fonduna da malikdir. REPK-nın fonduna son üç ildə 1100  adda rus dilində, 7826 adda Azərbaycan dilində referat daxil olmuşdur. REPK-nın avtoreferatlar fondunda ümumilikdə12228 adda avtoreferat saxlanılır.
REPK-a Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbləri üçün nəşr edilmiş dərsliklərin məcburi nüsxələrini alır. Bu dərsliklər əsasında kitabxanada zəngin dərslik fondu yaradılmışdır. Son üç ildə kitabxana 1186 nüsxə dərslik almışdır. Bunlardan 220 nüsxəsi 2014-cü ildə, 335 nüsxə 2015-ci ildə, 445 nüsxə isə 2016-cı ildə alınmış dərsliklərdir. Hal hazırda kitabxananın dərslik fondunda 20326 nüsxə dərslik vardır. 
Son illərdə REPK-nın qəzet jurnal fondu da xeyli zənginləşmişdir. Fonda 2014-cü ildə 912 nüsxə (18 adda jurnal, 5 adda qəzet), 2015-ci ildə 912 nüsxə, (18 adda jurnal, 18 adda qəzet),  2016-cı ildə 936 nüsxə (12 adda jurnal, 7 adda qəzet), cəmi 2760 nüsxə Azərbaycan dilində dərc edilmiş qəzet və jurnal daxil olmuşdur. Hazırda kitabxananın fondunda 56587 adda Azərbaycan dilində dərc edilmiş qəzet və jurnal, 77543 adda xarici dillərdə dərc edilmiş dövri mətbuat saxlanılır.
Onu da qeyd etmək lazımdır ki, REPK-da respublikamızda uzun illərdən bəri nəşr edilən, Azərbaycan pedaqoji fikir tarixində böyük xidmətləri olan “Azərbaycan məktəbi” jurnalının arxivi toplanıb saxlanılır. 
REPK-nın fəaliyyətində müxtəlif tipli və məzmunlu sənədləri mühafizə edən elektron informasiya daşıyıcılarının hazırlanması, sistemləşdirilməsi, mühafizə və şəbəkə rejimində uzaq məsafədən istifadəsi vacib yer tutur. Bütün bu istiqamətlər kompleks şəkildə elektron kitabların yaradılmasında və elektron kitabxana-informasiya təminatının təşkilində ifadə olunur. 
Kitabxana proseslərinin elektronlaşdırılması sahəsində REPK-nın öz daxili imkanları hesabına yaratdığı Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanaları haqqında Elektron Məlumat Bazası (əsası 2003-cü ildə qoyulmuş) (Verilənlər bazası) xüsusi yer tutur. 2014-cü ildə yeni informasiya texnologiyalarının inkişafı ilə əlaqədar olaraq kitabxana Elektron Məlumat Bazasını təkmilləşdirmişdir. Həmin Məlumat Bazasında respublikanın ümumi təhsil, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin kitabxanalarının illik hesabatları öz əksini tapır. Bazaya daxil edilmiş məlumatlar təhlil edilərək statistik məlumatlar hazırlanır. REPK-nın Məlumat Bazası təhsil sistemi kitabxanalarının fəaliyyəti, fondunun miqdarı, maddi-texniki vəziyyəti və s. haqqında ətraflı məlumat almaq imkanı yaradır. Azərbaycan Milli Kitabxanası və Mədəniyyət və Turizm Nazirliyinin birgə nəşr etdirdiyi VI cildlik “Azərbaycan Kitabxanaları XXI əsrin İnformasiya Məkanında” kitabının 4-cü (Azərbaycan Respublikası Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin kitabxanaları), 5-ci (Naxçıvan Muxtar Respublikası ümumtəhsil məktəblərinin kitabxanaları) və 6-cı (Azərbaycan Respublikası şəhər və rayonlarının ümumtəhsil məktəblərinin kitabxanaları), cildləri REPK-nın Məlumat Bazası əsasında hazırlanmışdır.
Elektron kitabxanaların təşkili sahəsində elektron kataloqlar informasiya sisteminin növ müxtəlifliyindən biri kimi elektron informasiyanın yaradılmasında və istifadəsində mühüm rol oynayır. REPK-nın elektron kataloqu on ildən artıqdır ki, yaradılmışdır. Elektron kataloqun yaradılması respublikamızın kitabxanalarında geniş tətbiq edilən Rusiya Federasiyasının EBNİT Assosiasiyasının İRBİS-64 proqramının Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin (AKİS) nümayiş verisiyası əsasında həyata keçirilmişdir. Elektron kataloqda kitabxananın fonduna Azərbaycan dilində  olan bütün çap məhsullarının elektron biblioqrafik təsviri həyata keçirilmiş və kitabxananın veb səhifəsində Elektron kataloq bölməsində yerləşdirilmişdir. Elektron kataloqa daxil edilən hər bir ədəbiyyatın təsviri elektron kataloqda müxtəlif bölmələr üzrə sistemli qaydada yazılır. Burada ali məktəb dərslikləri,  orta məktəb dərslikləri, humanitar və texniki sahələr üzrə biblioqrafik təsvirlər ayrı-ayrı bölmələrdə əks olunmuşdur. REPK-nın fondundakı həm retrospektiv həm də cari ədəbiyyat elektron kataloqda şəbəkə daxilində oxucuların istifadəsinə verilmişdir. 2016-cı ildə beynəlxalq qeydiyyatdan keçmiş EBNİT Assosiasiyasının İRBİS-64 Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi  (AKİS) alınmış və kitabxanada tətbiq olunmağa başlamışdır. Kitabxanada İRBİS-64 avtomatlaşdırılmış kitabxana informasiya sisteminin aşağıdakı modulları tətbiq edilir:
 TC IP –Server;
 İnzibatçı -Avtomatlaşmış işçi yeri-AİY;
 Kataloqizator- Avtomatlaşmış işçi yeri-AİY;
 Oxucu - Avtomatlaşmış işçi yeri-AİY;
 Web.İRBİS. 
Eyni zamanda İRBİS-64 avtomatlaşdırılmış kitabxana informasiya sistemi əsasında kitabxananın dövri mətbuatının da kartotekası yaradılmışdır. Dövri mətbuatın analitik təsvirinin elektron qaydada işlənməsi “Elmi-informasiya və biblioqrafiya şöbəsi” tərəfindən yerinə yetirilir. REPK-nın dövri mətbuat üzrə elektron kartotekası oxucuların istifadəsinə verilmişdir və burada bir çox məqalələrin elektron ünvanı da göstərilmiş, əlyetərliliyi təmin olunmuşdur. Həmçinin, “Komplektləşdirmə, elmi kitabişləmə və kitab mübadiləsi şöbəsində” də ədəbiyyata kataloq kartoçkaların yazılması və onların çapı işi artıq avtomatlaşdırılmış qaydada həyata keçirilir. 
Kitabxana proseslərinin avtomatlaşdırılması sahəsində REPK-nın Elektron Oxucu Qeydiyyatı  Verilənlər Bazası yaradılmışdır. Bu bazada Oxuculara xidmət və abonement şöbəsi tərəfindən oxucuların elektron qeydiyyatı həyata keçirilir. Oxucular haqqında bütün məlumatlar bu bazaya daxil edilmiş və hər oxucuya məxsus “elektron oxucu formulyarı” yaradılmışdır. Elektron oxucu qeydiyyatı bazası vasitəsilə kitabxanaya gələn oxucuların qeydiyyatı və kitab verilişi prosesləri elektron formada həyata keçirilir. 2014-cü ildə bu bazada 4325 nəfər, 2015-ci ildə 5462, 2016-cı ildə 5606 nəfər yeni oxucu qeydiyyatdan keçmişdir.
Gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində, cəmiyyətdə özünə layiqli yer tutmasında keyfiyyətli təhsilin rolu həlledicidir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsi olaraq, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi yeni dərslik siyasətinin reallaşdırılması, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, təhsil sisteminin informalaşdırılması bu sahədə mühüm irəliləyişlərə səbəb olmuşdur. İnformasiyalaşdırma sahəsində REPK-a öz oxucu kontingentinə uyğun ənənəvi və elektron nəşrlərin oxuculara daha operativ çatdırılması və uzaq məsafədən əlyetərliliyinin təmin olunması üçün bir sıra tədbirlər həyata keçirmişdir. Belə ki, 2014-cü ildən kitabxanada kitab, qəzet və jurnalların rəqəmsallaşdırılması və oxuculara elektron informasiya xidmətinin həyata keçirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.  REPK-nın Web səhifəsində repk.az  Elektron kitabxana, Elektron kitablar, Elektron kataloq, Elektron resurlar bölmələri yaradılmışdır. Həmçinin, elektron resurslar hazırlanması məqsədilə tamamilə yeni tələblərə cavab verən xüsusi avadanlıqlar “Bookdrive Mini” kitab skaneri alınaraq ayrı-ayrı qəzet komplektlərinin, kitab və jurnalların çox sürətlə rəqəmsallaşdırılması işınə başlanmışdır. Müəllif hüquqlarının qorunması qanunlarını rəhbər tutaraq kitabların mühafizəsini təmin etmək, informasiya qıtlığını aradan qaldırmaq məqsədilə kitabxananın fondunda olan sənədlərinpedaqogikaya adi nəşrlərin (879 kitab), müasir ədəbiyyat nümunələrinin və klassiklərimizin ölkəmizdə və ya xaricdə nəşr olunmuş əsərlərinin rus və ingilis dilində nəşrlərin (1570 kitab), dərslik və dərs vəsaitlərinin (1326 kitab), kitabxanamızın nəşrlərinin (48 kitab) və müəlliflərin öz ərizələri ilə birgə elektron daşıyıcılarda təqdim etdikləri kitabların (178 kitab) əsasında işlənilib hazırlanan elektron formaları saytımızın Elektron Kitabxanada müvafiq bölmələr üzrə əlifba sırası ilə sistemli şəkildə yerləşdirilmişdir. Bu elektron kitablar əsasında kitabxananın elektron resursları zənginləşmiş və oxuculara elektron xidmət işi daha da inkişaf etmişdir. Kitabxana fonduna daxil olan elektron resurslar lokal və qlobal şəbəkələrdə tələbatçıların istifadəsinə verilmişdir. Bunun üçün kitabxananın oxu zalı kompüter avadanlıqları ilə təmin olunmuş və oxucular üçün lazımı şərait yaradılmışdır. REPK-nın zəngin resurslara malik saytında elektron dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, qəzet və jurnalların veb səhifələrinə keçidlər, fənlər üzrə tədris proqramları yerləşdirilimişdir. REPK-nın veb səhifəsində “Siyasət”, “Pedaqogika və təhsil”, “Tarix”, “Psixologiya”, “Ədəbiyyat və ədəbiyyatşünaslıq” və s. sahələri əhatə edən Elektron kitablar bölməsi də vardır. Bu bölmə vasitəsilə oxucular özlərinə lazım olan kitabları daha rahatlıqla əldə edə bilirlər. Burada kitabxananın fondundan seçilmiş kitabların elektron nüsxələri yerləşdirilmişdir. Kitabxananın saytında Elektron resurslar bölməsində “Azərbaycan Respublikası qanunlarının biblioqrafik göstəricisi” yerləşdirilmişdir. REPK-nın əməkdaşları tərəfindən hazırlanmış bu elektron biblioqrafik vəsaitlərdə  2014-2016-cı illərdə Azərbaycan Respublikasında təsdiq edilmiş bütün qərar və sərəncamlar əks olunmuşdur. Həmçinin, 2016-cı ildə kitabxana tərəfindən Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş bütün əmr və qərarların biblioqrafik göstəricisi hazırlanmışdır. 2016-ci il ərzində oxucu sorğusu əsasında 426 nüsxə ədəbiyyatın (298 adda kitab, 31 adda jurnal Azərbaycan ədəbiyyatının arxivi fondundan, 9 adda kitab nadir fonddan, 84 adda kitab əsas fonddan, 4 adda kitab Xarici ədəbiyyat fondundan) elektron versiyası hazırlanaraq kitabxananın lokal şəbəkəsində yerləşdirilmişdir. 6991 kitab, jurnal və qəzet materiallarının müəyyən hissəsinin surəti çəkilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli cərəncamı ilə nəşr olunan klassik və müasir Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı silsiləsindən əsərlərin kitabxanamızda olan bütün nəşrlərinin elektron versiyasının hazırlanması işi davam etdirilməkdədir. 
REPK-da qəzet jurnal fondunun elektronlaşması üzrə 2014-cü ildə xarici və Azərbaycan dillərində 874 qəzet və 318 jurnal, 2015-ci ildə isə 850 qəzet, 284 jurnal, 2016-cı ildə 928 qəzet və 218 jurnal materiallarının elektron resursları yaradılmışdır. 
Qeyd edяk kи, 2015-2016 cı illərdə kиtabxanada yenи иnformasиya texnologиyalarыnыn genиш vя tam mиqyasda tяtbиqи иstиqamяtиndя planlы ишlяr həyata keчirilmişdir. Bunun üçün kиtabxananın oxu zalı üçün yeni kompüтерlər və digər texniki avadanlыqlar alыnmышdыr. Yenи alыnan nяшrlяrиn hamыsы kompüтериn yaddaшыna salыnmaqda vя kиtabxananыn bцtцn fondunun elektron kataloqda яks etdиrиlmяsи иstиqamяtиndя gяrgиn ишlяr hяyata keчиrиlmяkdяdиr. 
REPK-a Azərbaycan Respublikasında mədəniyyət, təhsil və kitabxana sahəsində bir sıra mötəbər tədbirlərin keçirilməsində iştirak edir və öz işini dövlətimiz tərəfindən keçirilən strateji planlar və dövlət siyasəti əsasında qurur. 2016-cı ildə kitabxana Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində  keçirilmiş “Oxu Günü” tədbirinin iştirakçısı olmuşdur. Qeyd edək ki, layihənin hədəfi mütaliəyə diqqətin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaq olmuşdur. 
 REPK-a bir sıra kitabxanaşünaslıq və kitab təbliği ilə bağlı keçirilmiş respublika səviyyəli tədbirlərin fəal iştirakçısı olmuşdur. Məsələn, 2016-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Kitabxanası tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Kitabxana-informasiya elmi: tədris və təcrübədə yeni çağırışlar beynəlxalq elmi konfransında REPK-nın əməkdaşları məruzə ilə çıxış etmişlər. Həmçinin kitabxananın əməkdaşlarının respublika mətbuatında (“Azərbaycan müəllimi qəzeti”, “Kitabxanaşünaslıq və biblioqrafiya”, “Azərbaycan məktəbi” jurnalları və s.)  müxtəlif mövzulu məqalələri dərc olunmuşdur.