Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Dövri nəşrlərin cari biblioqrafik göstəriciləri

 REPK-a zəngin çap əsərlərindən ibarət fond yaratmaqla yanaşı, müxtəlif dillərdə qəzet, jurnal və başqa dövri nəşrlərin abunəçisi olmuş, onların analitik təsvirini vermiş, özündə zəngin soraq-məlumat aparatı da yaratmağa müvəffəq olmuşdur. Alınan çoxsaylı dövri nəşrlərin elmi məzmununu açmaq və onu sistemləşdirməklə kitabxana üçün çox gərəkli olan elmi mənbə yaratmışdır. Bu da səbəbsiz deyildir. Radio, televiziya və başqa kanallar istisna olmaqla məlumatın daha tez, operativ mənbə daşıyıcısı məhz dövri nəşrlər hesab olunur. Kitaba nisbətən elmi-texniki yeniliklərin 60 faizi məhz dövri nəşrlər vasitəsilə geniş oxucu kütləsinə çatdırılır. Digər tərəfdən, kitabxananın kollektivi çox gözəl bilir ki, hər hansı bir problemin, məsələnin, hadisənin, elmi məlumatın-informasiyanın ilkin əksedicisi dövri nəşrlərdir. Ona görə də kitabxana alınan nəşrlərin zəngin elmi mənbəyini, informasiya təminatını yaratmış və təşkil etmişdir.  
Əldə olan mövcud materiallar təsdiq edir ki, “Elmi-məlumat və biblioqrafiya şöbəsi”nin işçiləri bu işin öhdəsindən gələ bilmiş, həmin sahəyə dair soraq-məlumat aparatının mühüm hissəsini təşkil edən kartoteka sistemini yaratmış, onu ilbəil zənginləşdirmiş və daha da təkmilləşdirmişlər. Sonradan kitabxana özünün dövri nəşrlərə dair materiallarının kitabxanadaxili və kitabxanadan kənar təbliğini gücləndirmək üçün bir sıra biblioqrafik göstəricilərin də tərtibinə və nəşrinə başlamışdır. 
“Xalq maarifi pedaqogika. Pedaqoji elmlər. (Qəzet və jurnal məqalələri)” adlanan bu göstəricilər cari və illik biblioqarfik göstəricilər kimi çap edilmişdir. Göstəricilərin tarixi əhatəsi geniş olmasa da, onun məzmunu və elmi dairəsi çoxsahəliliyi ilə diqqəti cəlb edir.  Maraqlı cəhət budur ki, böyük və gərgin əmək sayəsində bütün nəşrlər cəmi 2 il ərzində - 1990-1991-ci illərdə çap edilmişdir:
1. Xalq maarifi.Pedaqogika. Pedaqoji elmlər.(Qəzet və jurnal məqalələri)”. İllik biblioqrafik göstərici. 1985- ci il. I buraxılış. B.,1990-96 s.
2. Xalq maarifi.Pedaqogika. Pedaqoji elmlər.(Qəzet və jurnal məqalələri)”. İllik biblioqrafik göstərici.1986- cı il. I buraxılış. B., 1990-86 s.
3. Xalq maarifi.Pedaqogika. Pedaqoji elmlər.(Qəzet və jurnal məqalələri)”. Cari biblioqrafik göstərici. 1988-ci il.  I buraxılış. B., 1990-56 s.
4. Xalq maarifi.Pedaqogika. Pedaqoji elmlər.(Qəzet və jurnal məqalələri)”.  Cari biblioqrafik göstərici. 1988-ci il. II buraxılış. B., 1990-48 s.
5. Xalq maarifi.Pedaqogika. Pedaqoji elmlər.(Qəzet və jurnal məqalələri)”.  Cari biblioqrafik göstərici. 1989- cu il.
I  buraxılış. Yanvar, - B., 1990-17s.
II  buraxılış. Fevral, -B., 1990-7s.
III buraxılış. Mart- aprel,-B.,1990-12 s.          
IV buraxılış. May-iyun, - B., 1990-23 s.
V buraxılış. İyul- avqust, -B., 1990- 25 s.
VI buraxılış. Sentyabr-oktyabr, -B., 1990-23 s.
V II buraxılış. Noyabr-dekabr. –B., 1990-20s.
6. Xalq maarifi.Pedaqogika. Pedaqoji elmlər.(Qəzet və jurnal məqalələri)”.  Cari biblioqrafik göstərici. 1990- cı il.
I  buraxılış. Yanvar-aprel, - B., 1990-50s.
II  buraxılış. May-iyun, -B., 1990-30s.
III buraxılış. Avqust-sentyabr,-B.,1990-66 s.          
IV buraxılış. Noyabr- dekabr, - B., 1990-65 s.
Onlar kitabxananın 6 illik fəaliyyətini 1985-1990-cı illəri əhatə edir. Bu nəşrlər həcm və əhatə dairəsinə görə bir-birindən tamamilə fərqlənirlər. Məsələn, 1985-ci ilə dair illik məlumat biblioqrafiya göstəricisi 1990-cı ildə 96 səhifədə bir buraxılışda çap edilmişdir və burada Azərbaycan dilində olan materiallar 7 əsas bölmədə verilmişdir.
Qurultaylar, müşavirələr, konfranslar, 
Pedaqogika. Psixologiya. 
Xalq maarifi və pedaqoji fikir tarixi.
Xalq maarifi işinin təşkili və inkişafı. 
Məktəbəqədər tərbiyə. Məktəbəqədər pedaqogika. 
Ümumtəhsil məktəbi. Məktəb pedaqogikası. 
Yaşlıların ümumi təhsili.
 1986-cı ilə dair cari biblioqrafik göstərici isə 86 səhifə həcmində nəşr edilmiş və burada Azərbaycan və rus dillərində olan materiallar 60 bölmədə öz əksini tapmışdır. Tərtibçilər hər bir göstəricini hazırlayarkən illər üzrə materialları elmi quruluşuna və sistemliliyinə üstünlük verərək düzmüşlər. Çünki materialların genişliyi, zənginliyi onu hər hansı bir çərçivə daxilində cəmləşdirməyə imkan vermir. Buradakı materiallardan əsas və yarımbölmələr daxilində istifadəni asanlaşdırmaq üçün onlar sistem üzrə, sistem daxilində isə müəlliflər və ya məqalələrin sərlövhəsinə görə əlifba üzrə əvvəlcə Azərbaycan, sonra isə rus dilində düzmüşlər
Bu göstəricilər Azərbaycan biblioqrafiya sahəsində öyrəniləsi və geniş tədqiq ediləsi bir iş kimi qiymətli mənbələrdir.