“Azərbaycan Respublikasında dərsliklərin yaranma tarixi, inkişaf dinamikası və elmi əsərlər baxımından çözülməsi”
Respublika Elmi Pedaqoji Kitabxanasının 19 yanvar 2017-ci il 03 №li əmrinə əsasən “Azərbaycan Respublikasında dərsliklərin yaranma tarixi, inkişaf dinamikası və elmi əsərlər baxımından çözülməsi” mövzusunda dərsliklərin təhlili və araşdırılması məqsədilə aşağıdakı aşağıdakı tərkibdə işçi qrupu yaradılmışdır.
Qrupun rəhbəri:
Məmmədova Şəfiqə Elmi informasiya və biblioqrafiya şöbəsinin müdiri
Üzvləri :
Cəfərzadə Pərvin Elmi informasiya və biblioqrafiya şöbəsinin böyük biblioqrafı
Əhmədova Aysel Elmi informasiya və biblioqrafiya şöbəsininbiblioqrafı
Bununla əlaqədar olaraq iş planı tərtib edilmişdir:
- kartotekalara baxılması
- mövzu və əlifba kataloqlarına baxılması
- mövzu qovluqlarına baxılması
- disklərə baxılması
- mövzuya dair elmi referatlarla tanış olmaq
- A.A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, M.Ə.Sabir, və s. görkəmli pedaqoqların ilk dərslikləri
- təhsil Nazirliyinin Dərslik və Nəşriyyat Şöbəsindən köhnə dərsliklər haqqında məlumatların əldə edilməsi
- təhsil Müzeyinə gedilməsi və mövzuya dair materialların toplanması.
Materialların toplanması və hazırlanması ilə əlaqədar olaraq işçi qrupu öz işini aşağıdakı mərhələlərdə planlaşdırır.
1. M.F.Axundov adına kitabxanaya getmək.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsil Muzeyinə
3. Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasına
4. Materialların sistemləşdirilməsi xronologiya üzrə yığılması
5. Kartoçkaların annotasiya yazılışı
6. Toplanan nadir nüsxələrin fotoşəkillərinin materiala əlavə edilməsi