Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

MILLI KITABXANA-95

Sentyabrın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 95 illiyinə həsr edilmiş “Milli Kitabxanalarda innovasiyalar- dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
 
Kitabxanada reallaşan konfransa bir sıra ölkələrin milli kitabxanalarının təmsilçiləri də qatılıblar. Milli Kitabxana hər şeydən əvvəl ölkəmizdə kitabxana işinin modelini təqdim edir. Ölkəmizin kitabxana şəbəkəsi öz işini bu kitabxana əsasında qurur, həm yaş etibarı, həm də apardığı iş etibari ilə Azərbaycandakı kitabxana işinin ön sırasındadır. Bura həm də ölkəmizin əsas elmi mərkəzlərindən biridir. Kitabxananın nəşr etdiyi biblioqrafiyalar ölkəmizdə müxtəlif təşkilatlarda, elmi qurumlarda, ali məktəblərdə çap olunan biblioqrafiyaların ən müasir modelini özündə əks etdirir. Bunlar ciddi elmi nəşrlərdir, ölkəmiz üçün çox mühüm mənbələrdir. 
Azərbaycanda Konfransda Mədəniyyət naziri Əbülfəz Qarayev, Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov və digər natiqlər çıxış edərək konfransın əhəmiyyətindən, Milli Kitabxanada görülən işlərdən, kitabın cəmiyyətə faydasından bəhs ediblər.
 
Konfrans qarışlıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib. Konfransda Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşları da iştirak etmişlər. REPK-nın direktoru Tamilla İsmixanova Milli Kitabxananın direktoru və əməkdaşlarını çıxış edərək təbrik etmiş və xatirə hədiyyəsi təqdim etmişdir.Kİtabxananın Elmi metodik və təhlil şöbəsinin müdiri Səyyarə Məmmədova "Dünya kitabxana təcrübəsində innovativ yeniliklərin tətbiqi" adlı məruzə ilə konfransda çıxış etmişdir.