Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Beynəlxalq məktəb kitabxanaları günü

29 Oktyabr 2018-ci il tarixində Respublika Elmi Pedaqoji Kitabxanasında "Beynəlxalq Məktəb Kitabxanaları günü"nə həsr edilmiş "Pedaqoq Məktəb Kitabxanaçısı" mövzusunda konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan kitabxananın direktoru Tamilla İsmixanova bu günün əhəmiyyətindən danışaraq, son dövrlərdə dünyada və ölkəmizdə məktəb kitabxanalarının inkişaf etdirilməsi sahəsində görülən işlərdən, aparılan islahatlardan söz açdı. Daha sonra Nəsimi rayonu 1 nömrəli məktəbin kitabxana müdiri Zenfira Useynova, Sabunçu rayon 108 nömrəli məktəbin kitabxanaçısı Ələkbərova Ofelya, Səbayıl rayonu 239 nömrəli məktəbin kitabxana müdiri Kifayət Cəfərova və digər iştirakçılar çıxış edərək bir pedaqoq kimi məktəbdə öz fəaliyyətlərindən, gənc nəslin, yetişməsi sahəsində həyata keçirdikləri tədbirlərdən danışdılar. Respublika Elmi Pedaqoji Kitabxanasının Elmi metodik və təhlil şöbəsinin müdiri Səyyarə Məmmədova bu tədbirin məktəb kitabxanaçıları üçün bir ilk olduğunu və gələcəkdə də bu mövzuda tədbirlərin keçirilməsinin məktəb kitabxanalarının inkişafı sahəsində mühüm nailiyyətlərin əldə edilməsinə yol açacağını vurğuladı. Eyni zamanda tədbirdə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində yüksək peşəkarlığı ilə fərqlənən kitabxanaçılar "Kitabxana əlaçısı" və "Ən yaxşı kitabxanaçı" fəxri adı ilə təltif edilər. Tədbirin digər iştirakçılarına Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən "Təşəkkür" elan edildi. Konfrans iştirakçılarına bayram münasibətilə xatirə hədiyyələri təqim edildi.