Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Məktəb seminarları

       Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”na start verilib.

 
“Məktəb seminarları”nın ilk sessiyası Səbail rayonunun ümumi təhsil məktəblərini əhatə edib.
 
Sessiyalarda BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, metodbirləşmə sədrləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.
 
“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşlığına dair Fəaliyyət Planına uyğun olaraq REPK-nın metodistləri də Məktəb Seminarlarında iştirak etmişlər.Seminarlarda moderator olaraq REPK-nın əməkdaşları Əhmədova Gülər, Məmmədova Səyyarə, Əliyeva Sevda, Əhmədova Təhminə, Əhmədova Aysel və Cəfərzadə Pərvin iştirak edirlər. Səbail rayondan başlanan təlimlər fevral ayının 27 -də Nəsimi, 28-də Yasamal ,01 martda Nərimanov, 05 martda Xəzər və Pirallahı rayonları, 06 martda Nizami rayon, 07 martda Xətai, 11 martda Binəqədi ,12 martda Suraxanı rayon və 16 martda Sabunçu rayon kitabxanaçıları ilə davam etdirilmişdir.