Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Oxumaq zərər deyil

Aprel ayının 4-də Nərimanov rayonunda yerləşən Məktəb-Lisey Kompleksində  Ümumtəhsil məktəblərinin fəal kitabxanaçıları üçün yaradılmış "Kitabxanaçılar klubu"nun üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Respublika Elmi Pedaqoji Kİtabxanasının əməkdaşları Səyyarə Məmmədova, Gülər Əhmədova, Təhminə Əhmədova   iştirak etmişlər. Görüşün məqsədi Bakı şəhəri üzrə Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kİtabxanasının birgə əməkdaşlığına dair imzalanmış Fəaliyyət Planının 4.2 Təhsilverənlər və təhsilalanlar üçün mütaliə bacarıqlarının inkişafına yönəlmiş tədbirlərin təşkili" bəndinin icrası məqsədilə  məktəb kitabxanalarında keçiriləcək yeni layihələrin müzakirəsi və  aprel-may ayı üçün keçirilməsi nəzərdə tutulmuş tədbirlər oldu. Tədbirdə Respublika Elmi Pedaqoji Kitabxansının Elmi Metodik və təhlil şöbəsinin müdiri Səyyarə Məmmədova şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə hazırlanmış bir sıra yeni layihələr haqqında kitabxanaçılara məlumat verdi.  Hər bir məktəb kitabxanaçısı bir və ya bir neçə layihə üzərində işləməyi öhdəçiliq götürdü. Bu tədris illinin sonunda layihənin icra olunması haqqında REPK-ya və BŞTİ-ya yazılı hesabat veriləcəyi vurğulandı.

Layihələr : "Kitabmen", "Oxumaq zərər deyil, oxumamaq zərərdir", "Qızıl rəf", "Ədəbi natura", "İnsanı insan edən nədir?", "Kitab bizim evin uzunömürlü üzvüdür", "Siz hələ də mütaliə etmirsiniz?", "Fikir hərfləri", "Mən oxudum, sizdə oxuyun".