Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

2008-2013 ci il terninqləri

2008-2013-cü illər ərzində Respublika Elmi Pedaqoji Kitabxanasında     “Məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair ”Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 450s nömrəli 22 dekabr 2008-ci il tarixli sərəncamı və Təhsil Nazirliyinin 19  mart 2009-cu il 328 nömrəli əmrinə əsasən Fəaliyyət Planının 4.2.1., 4.2.2., 4.2.3. maddələrinə və “Respublika Elmi Pedaqoji Kitabxanasının Nizamnaməsi”nin 3.8-ci (REPK-nın bazasında ümumtəhsil, peşə məktəbləri, lisey və gimnaziya  kitabxanaçıları üçün kurslar  təşkil etmək və sertifikatlar vermək) bəndinin icrasına uyğun olaraq ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələrinin kitabxana təcrübəsinə malik olan qeyri-ixtisas təhsilli məktəb kitabxanaçıları üçün kurslar təşkil edilmişdir. 
 2008-2013-cü illərdə kurslarda iştirak etmiş kitabxanaçıların  sayı 
 
     Tədris ili                 Kitabxanaçıların  sayı
Bakı şəhəri üzrə Rayonlar üzrə
2008-2009 110 -
2009-2010 118 31
2010-2011 114 56
2011-2012 53 54
2012-2013 74 35
 
 
 
 
 
 
 
 
2013-cü ildən “Milli təhsil strategiyasının 4.1 (Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması, hər bir təhsil müəssisəsinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş  kompyuter-planşetlə təmin olunması), 4.7  (ömür boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana fəaliyyətinin modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının genişləndirilməsi) bəndlərinin və “Respublika Elmi Pedaqoji Kitabxanasının Nizamnaməsi”nin 3.8-ci (REPK-nın bazasında ümumtəhsil, peşə məktəbləri, lisey və gimnaziya  kitabxanaçıları üçün kurslar  təşkil etmək və sertifikatlar vermək) bəndi”nin icrasına uyğun olaraq ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələrinin kitabxana təcrübəsinə malik olan qeyri-ixtisas təhsilli məktəb kitabxanaçıları üçün treninqlər təşkil olunmuşdur. 
Treninqlərdə iştirak etmiş kitabxanaçıların  sayı.
 
     Tədris ili                 Kitabxanaçıların  sayı
Bakı şəhəri üzrə Rayonlar üzrə
2013-2014 20 80
2014-2015 40 25
 
Eləcə də REPK-a 2014-2015-ci tədris ilində bəzi şəhər və rayonlarda seminar-kurslar keçirmişdir:  Sumqayıt şəhərində 50, Yevlax rayonunda isə 15 kitabxanaçı təşkil olunmuş seminar – kurslarda iştirak etmişlər.