Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Məktəb seminarları

Azərbaycan Respublikasının Təhsil Nazirinin 19 oktyabr 2015-ci il tarixli 1010 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Bakı Şəhər üzrə Təhsil İdarəsinin təşkil etdiyi ənənəvi "Məktəb seminarı"larına 25.02.2019-cu il tarixindən start verilmişdir.

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Respublika Elmi Pedaqoji Kitabxanası ilə əməkdaşlığına dair "Fəaliyyət Planı"na uyğun olaraq artıq  bu tədris ildə məktəb kitabxanaçılarıda seminarlara qoşulmuşlar.

Bu məktəb seminararda REPK-nın əməkdaşları Məmmədova Səyyarə , Əhmədova Gülər. Əhmədova Təhminə, Əliyeva Sevda, Cəfərzadə Pərvin, Atayeva Könül  ümumtəhsil müəssisələrinin kitabxanaçılarının moderatoru kimi iştirak etmişlər.

Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

Səbail rayondan başlanan seminar fevral ayının 27 -də Nəsimi, 28-də Yasamal ,01 martda Nərimanov, 05 martda Xəzər və Pirallahı rayonları, 06 martda Nizami rayon, 07 martda Xətai, 11 martda Binəqədi ,12 martda Suraxanı rayon və 16 martda Sabunçu rayon kitabxanaçıları ilə davam etdirilmişdir.