Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

"Kitab bizim evin uzunömürlü üzvüdür"

Aprelin 23 də "Beynəlxalq kitab və müəllif hüquqları günü" münasibətilə Bakının Səbail rayonunda yerləşən 239 saylı tam orta məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kİtabxanasının birgə əməkdaşlığı ilə təhsilalanlar üçün mütaliə bacarıqlarının inkişafına yönəlmiş tədbirlərin təşkili məqsədilə "Kitab bizim evin uzunömürlü üzvüdü"r adlı layihə həyata keçirilmişdir. Tədbirdə Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşları, 239 saylı məktəbin direktoru və pedaqoji heyəti və ibtidai sinif şagirdləri iştirak edirdilər. Tədbirin keçirilməsində məqsəd ailədə mütaliə mədəniyyətinin formalaşdırılması və daha da möhkəmləndirilməsi olmuşdur. Burada uşağın ailə ilə münasibəti vurğulanır, kitab və mütaliənin əhatəsində nəsillərarası dialoq yaranır. Layihə həyata keçirilərkən müxtəlif evlərdə video çəkilişlər həyata keçirilmişdi. Baba və nənələrin uşaqlarla kitab haqqında dialoqları, ev kitabxanalarında olan ən qədim kitablar haqqında söhbətləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Eyni zamanda məktəb rəhbərliyi tərəfindən məktəblilərin Miniatür kitab muzeyinə ekskursiyası təşkil edilmişdi. Ekskursiya zamanı uşaqlara muzeydə olan kitabların tarixi haqqında muzey əməkdaşları tərəfindən maraqlı məlumatlar çatdırıldı. Muzeydən hazırlanmış video süjet də tədbirdə nümayiş etdirildi. Tədbirin sonunda çıxış edən qonaqlar bu cür layihələrin keçirilməsini yüksək qiymətləndirdirərək, kitabın və mütaliənin əhəmiyyətindən söz açdılar.