Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

"Siz hələ mütaliə etmirsiniz?"

BŞTİ və REPK-nın mütaliənin inkişafı üçün təşkil etdiyi layihənin içərisində 160 saylı klassik gimnaziyasında "Siz hələ mütaliə etmirsiniz?" adlı tədbir təşkil olunmuşdur. Tədbirdə məktəbin fəal oxucuları Azərbaycan və dünya ədəbiyyatına aid oxuduqları kitabların məzmununu kompozisiyalar şəklində tədbir iştirakçılarına çatdırdılar. Tədbirdə Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşları Əhmədova Gülər, Məmmədova Səyyarə və Əhmədova Təhminə, gənc yazar Hülya Cəfərova və Təhsil TV-nin redaktoru iştirak etmişdir.