Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

"Qızıl Rəf"

BŞTİ və REPK-nın birgə təşkil etdikləri layihə çərçivəsində 10.05.2019-cu il tarixində Xətai rayonu 25 nömrəli məktəbdə "Qızıl Rəf" adlı tədbir keçirilmişdir. Tədbirin təşkilatçıları məktəbin kitabxana müdiri Niftəliyeva Raifə və kitabxanaçı Mürşüdova Sevinc idi. Tədbirdə məktəbin azərbaycan və rus bölməsinin müxtəlif sinif şagirdləri oxuduqları kitabları məzmunu ilə tədbir iştirakçılarını tanış etmişlər və kitabxanada oxuduqları kitablardan ibarət  "Qızıl rəf" yaratmışlar. Eləcə də , aşağı sinif şagirdləri nağıllardan ibarət "Ən oxunmalı kitab" adlı kompozisiyanı tədbir iştirakçılarına göstərmişdirlər.Tədbirdə Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşları Məmmədova Səyyarə, Əhmədova Gülər, Qəhrəmanova Qəmər iştirak etmişdirlər.