Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

"Ədəbi natura"

BŞTİ və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində şagirdlərin mütaliə bcarıqlarının formalaşdırılması üçün bir sıra layihələr hazırlanmışdır. 30.05.2019- cu il tarixində Nərimanov rayon 47 nömrəli məktəbdə "Ədəbi natura" adlı layihəsinin təqdimatı olmuşdur. Tədbirdə məktəblilər məktəbin kitabxanasından götürüb oxuduqları kitabların , əsərlərin məzmununu öz rəsmləri ilə tədbir iştirakçılarına çatdırmışdırlar. Müxtəlif sinif şagirdlərinin ifasında şeir və səhnəciklər təqdim olunmuşdur.