Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

HAQQIMZDA

Respublika Elmi Pedaqoji Kitabxanası 

Kitabxana fondu
Oxu zalı
Oxuculara xidmət şöbəsi
Komplektləşdirmə, elmi kitabişləmə və kitab mübadiləsi şöbəsi
Elmi informasiya və bibliografiya şöbəsi
Elmi metodik və təhlil şöbəsi
Yeni informasiya texnologiyaları şöbəsi

Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) Azərbaycan KP MK-nın və Azərbaycan Respublikası Nazirlər Sovetinin "Azərbaycan SSR-də xalq maarifinin inkişaf etdirilməsi haqqında " 24 iyun 1982-ci il tarixi 335 №-li birgə qərarına əsasən 1983-cü ildə 4 şöbədən ibarət, 39 ştat vahidi ilə yaradılmışdır. Kitabxanaya Maarif Nazirliyi 21 noyabr 1983-cü il tarixli, 175№-li sərəncamı ilə Oktyabr rayonu 161 №-li məktəbin birinci mərtəbəsində iki sinif otağı vermişdir. 1985-ci ildən isə kitabxana Azərbaycan Müəllimlər İnsitutunun binasında fəaliyyət göstərir

REPK-a fəaliyyət göstərdiyi vaxtdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin ümumtəhsil peşə məktəbləri, orta ixtisas təhsil müəssisələri kitabxanaları üçün metodiki mərkəz funksiyasını yerinə yetirir.

Elmi-texniki, bədii, ictimai-siyasi, iqtisadi, sosial-mənəvi ədəbiyyat xəzinəsi geniş oxucuların istifadəsinə verilmiş kitabxana fondlarının formalaşmasında tarixi milli qaynaqlıq, yüksək ideallıq, bəşərilik və humanistlik ön plana çəkilmişdir.          

REPK elmi sahəvi kitabxanadır. Respublika təhsil işçilərinə, təhsil sistemində fəaliyyət göstərən müəssisələrə, nazirliyin kitabxana şəbəkəsinə məlumat -biblioqrafiya xidmətini həyata keçirən elmi metodik və əlaqələndirmə mərkəzidir. Respublikada elmi pedaqoji ədəbiyyatın əsas kitabsaxlayıcısıdır. Kitabxana kataloq, kartoteka, biblioqrafik vəsaitlər, elektron informasiya ehtiyatları yaratmış  və oxucuların istifadəsinə vermişdir.1983-cü ildə REPK-a fəaliyyətinin hüquqi elmi təminatını yaradan “Əsasnamə”sini hazırlayır. “Əsasnamə”

1983-cü il martın 5-də keçmiş Maarif Nazirliyi tərəfindən təsdiq edilir.

“Azərbaycan Respublikası Maarif Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasının Əsasnaməsi”nin ümumi müddəalarında kitabxananın elmi və sosial siması aşkarlanır. “Əsasnamə”nin 1.1. bəndində  deyilir: Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) elmi sahəvi kitabxanadır, xalq maarifi işçilərinə və respublika Maarif Nazirliyinin kitabxana şəbəkələrinə xidmət edən informasiya-biblioqrafiya, elmi metodik və əlaqələndirmə mərkəzi, ölkəmizin pedaqoji ədəbiyyatının saxlanan əsas yerdir. REPK-a vahid elmi pedaqoji informasiya sisteminə daxildir. Respublikanın xalq maarifi işçilərinə, pedaqoji müəssisələrinə kitabxana-biblioqrafiya xidmətini həyata keçirir.
Burada REPK-nın Maarif Nazirliyinin kitabxanalarının nəşriyyat fəaliyyətinin ümumi planının tərtibçisi olması da xüsusi qeyd olunurdu ki, bu da REPK-nın gələcəkdə respublikada nəşr edilmiş pedaqoji ədəbiyyatın təbliğatçısı və əlaqələndiricisi kimi fəal mövqeyini müəyyən edirdi. 
1993-cü ildən REPK-a yeni fəaliyyət dövrünə qədəm qoydu. Belə ki, 1993-cü il aprelin 8-də Azərbaycan Respublikası Təhsili Nazirliyi (1993-cü ildən Xalq Təhsili Nazirliyi Təhsil Nazirliyi adlanır) Respublika Elmi Pedaqoji Kitabxanasının yeni “Əsasnaməsi” qəbul edildi. 2002-ci il REPK-a üçün yeni informasiya texnologiyalarına inteqrasiya dövrü kimi xarakterikdir və mühüm dəyişikliklər ili hesab olunur. Məhz 2002-ci ildən başlayaraq kitabxana yeni inkişaf mərhələsinə qədəm qoymuş və informasiya texnologiyalarının tətbiqi sahəsində bir sıra uğurlar əldə etmişdir. Belə ki, 03.05.2002-ci il tarixində Azərbaycan Respublikasının təhsil naziri “Respublika Elmi Pedaqoji Kitabxanasının işinin təkmilləşdirilməsi haqqında” 424 nömrəli əmr imzalamışdır. Həmin əmrdə REPK-nın fəaliyyətinin tamamilə yeni istiqamətə yönəldilməsi və inkişafı üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Təhsil Nazirinin 424 nömrəli əmrinə əsasən “REPK-nın “Əsasnamə”si dəyişmiş, yeni “Nizamnamə” hazırlanmış və Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmişdir. 
 

Respublika Elmi Pedaqoji Kitabxanasının Nizamaməsi