Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Treninqlər

2019-cu ilin noyabr ayının əvvəlində “Respublika Elmi Pedaqoji Kitabxanası (REPK) Nizamnaməsi”nin  3.8-ci (REPK-nın bazasında ümumtəhsil, peşə məktəbləri, orta ixtisas təhsili müəssisələri kitabxanaçıları üçün treninqlər təşkil etmək və sertifikatlar vermək) bəndinə və Respublika Elmi Pedaqoji Kitabxanasının 18 oktyabr 2019-cu il tarixli 72 nömrəli əmrinə əsasən Bakı şəhəri üzrə peşə liseyi, peşə məktəbi və peşə təhsili mərkəzlərində REPK-nın əməkdaşları tərəfindən monitorinqlər keçirilmişdir. Keçirilmiş monitorinqlərin nəticəsinə əsasən bu təhsil müəssisələrinin kitabxanaçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə treninqlər keçirilməsinə qərar verilmişdir.  Treninqlər 18.11.2019-cu il tarixindən 29.11.2019-cu il tarixinə kimi Respublika Elmi Pedaqoji Kitabxanasının bazası əsasında, kitabxananın metodistləri tərəfindən keçirilmişdir. Təlimlər 10 nəfərlik qrupla 10 gün müddətinə təşkil edilmişdir. Sonda kitabxanaçılara sertifikatlar təqdim olunmuşdur.