Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Kitabxana fondu

Fondda Azərbaycanda xalq təhsili, pedaqogika, psixologiya və müxtəlif elm sahələrini əhatə edən ədəbiyyat, avtoreferatlar, qəzet, jurnal və digər çap məhsulları və həmçinin xarici ölkələrdə nəşr edilən kitablar qorunub saxlanılır. Avtoreferatların, dissertasiya və elmi-tədqiqat işlərinin mikrodaşıyıcılarda olan nümunələri də fondda saxlanılır. Fondda XVIII-XX əsrdə nəşr olunmuş, K.D Uşinski adına kitabxanadan əldə edilmiş, «Сборникъ постановленıй по министерству народнаго просвэщенıя» (1864),  «Сборникъ постановленıй по министерству народнаго просвэщенıя» Царствованıе императора Никалая I 1825-1855 (1876),  «Очерки по исторıи педагогическихъ ученıй» (1911), və s. nadir kitablar, eyni zamanda "Azərbaycan məktəbi" jurnalının arxivi öz əksini tapır. Hal-hazırda kitabxananın fondu 500.000 nüsxə təşkil edir.