Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Oxuculara xidmət şöbəsi

Kitab, jurnal, qəzet və digər çap məhsullarının qorunub saxlanılması, qəzet və jurnalların cildlənməsi işini həyata keçirir.Təhsil işçilərinə, tələbə və şagirdlərə kitabxana xidmətini göstərir. Onların elmi, metodik və ixtisas biliklərinin artırılmasına kömək məqsədilə onlara oxu zalında abonementdə, qiyabi və kitabxanalararası abonement (KAA) vasitəsilə xidmər edir.

Oxucularla fərdi iş aparır, onların qeydiyyatını və uçotunu təşkil edir. Eyni zamanda şöbə oxuculara kserokopiya və skaner xidməti də göstərir. Yeni ədəbiyyatı seçir, məzmunca köhnəlmiş və istifadəyə yarasız ədəbiyyatı silir, artıq ədəbiyyatı ayırıb mübadilə fonduna verir, az istifadə olunan kitabların isə depozitar fondunu yaradır.