Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Komplektləşdirmə, elmi kitabişləmə və kitab mübadiləsi şöbəsi

Kitabxananın profilinə uyğun olaraq fondun yeni ədəbiyyatla tam komplektləşdirilməsi üçün məqsədyönlü iş aparılır.Şöbə fondu respublikamızda və xarici dövlətlərdə nəşr edilən elmi-metodik, tədris, pedaqoji, ictimai-siyasi və digər sahələrə dair ədəbiyyatla komplektləşdirir. Şöbə kitabları müxtəlif nəşriyyatlardan, kitab satışı müəssisələrindən alır. Kitabxana eyni zamanda ayrı-ayrı şəxslərdən, beynəlxalq və ictimai təşkilatlardan, Təhsil Nazirliyindən, səfirliklərdən və Prezident aparatından daxil olan ədəbiyyatla fondunu formalaşdırır. Komplektləşdirmə işinə kömək üçün sorğu aparatı təşkil edir.

Çap nəşrlərinin ümumi və fərdi uçotunu təmin edir. Ədəbiyyatı elmi və texniki cəhətdən işləyir. Kitab fondunun təkmilləşdirilməsi üzrə iş aparır, baş kataloqu yaradır. Dünya kitabxanalarına çıxmaq məqsədilə elektron kataloqlarının yaradılmasının vacibliyini nəzərə alaraq kitabxana fondu dünya kitabxanalarında tətbiq edilən Universal Onluq Təsnifatı (UOT) əsasında yenidən təsnifləşdirilmişdir.