Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Elmi informasiya və bibliografiya şöbəsi

Oxucu qrupunun maraq sorğularının müxtəlif formada öyrənilməsində və ödənilməsində kitabxana işi üçün yararlı olan biblioqrafik nəşrlər böyük əhəmiyyət kəsb edir. REPK-a Təhsil Nazirliyi aparatının əməkdaşlarına, təhsil işçilərinə, tələbə və şagirdlərə, kitabxananın digər oxucularına informasiya-biblioqrafiya xidmətini təşkil edir, məlumatın çatdırılmasında müxtəlif formalardan istifadə edir: Mütəxəssislərin sorğularını operativ ödəyir, məlumat günləri, mütəxəssis günləri, biblioqrafik icmal, tematik sərgilər keçirir, cari və retrospektiv ədəbiyyatın göstəricilərini tərtib edir, dövrü nəşrlərin kartotekasını yaradır, təhsil, pedaqogika, pedaqoji elmlərə dair göstəricilər, görkəmli pedaqoqların şəxsi göstəricilərini tərtib edir. "Müəllimə kömək" seriyasından: "Dərsdənkənar (sinifdənxaric və məktəbdənkənar) tərbiyə işinin təşkili","Orta məktəblərdə Azərbaycan dili və ədəbiyyatının tədrisi", "Məktəblərdə altıyaşlılarla işin təşikli", "Ailə həyatının etika və psixologiyası", "Məktəblərdə tərbiyə işinin təşkili", "Məktəbdə estetik tərbiyə", "Məktəblilərin psixologiyasının xüsusiyyətləri və məktəb təliminin problemləri", "Məktəbəqədər tərbiyənin təşkili", "Sinif rəhbəri nəyi bilməlidir?", "Namizədlik və doktorluk dissertasiyalarının avtoreferatlarının biblioqrafik göstəricisi", Mikrodaşıyıcılarda olan "Dissertasiya və elmi-tədqiqat işlərinin göstəricisi", "İllik retrospektiv biblioqrafik göstəriciləri", "Yeni kitablar"ın cari biblioqrafik göstəricisi, "Qəzet və jurnalların cari biblioqrafik göstəricisi" və s. göstəricilər həm tarixlik, həm də kitabxananın soraq məlumat aparatının və zəngin fondunun məzmunu və dinamik inkişafı haqqında tutarlı məlumat vermək baxımından əhəmiyyətlidir.
REPK-nın yaradıcılıq fəaliyyətində Azərbaycan maarifinin, təhsilinin və elminin inkişafında müstəsna xidmətləri olan şəxsiyyətlər-"Akademik Mehdi Mehdizadə ", görkəmli maarif xadimi "Əhməd Seyidov", görkəmli pedaqoq professor "Akademik Rəfiqə Mustafayeva" haqqında göstəricilərin nəşri xüsusi yer tutur.

2007-ci ildən İRBİS-64 "Kitabxanaların Avtomatlaşdırılmış Sistem"nin nümayiş versiyası əsasında kitabxananın elektron kartotekası yaradılmışdır.

REPK-a fəaliyyətinin 25 illiyi münasibətilə şöbənin əməkdaşları müdriyyətlə birgə 595 sözdən ibarət 3 dildə (Azərbaycan- rus-ingilis) "Kitabxana-bibloqrafiya terminləri lüğəti " nəşr etdirmişdir.