Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Elmi metodik və təhlil şöbəsi

Şöbə Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən, ümumtəhsil, peşə məktəbləri və orta ixtisas təhsili müəssisələri kitabxanalarına elmi metodik rəhbərlik edir, onların işini əlaqələndirir, bölgələrdə ezamiyyələrdə olur, yerlərdə konfranslar, seminarlar keçirir, metodik köməklik göstərir, təlimatlar, metodik vəsaitlər, normativ sənədlər hazılayır. Məktəb kitabxanalarının fəaliyyəti haqqında hesabatlar alır, təhlil edir və kitabxanada yaradılmış Məlumat(Verilənlər) Bazasına daxil edir.

Şöbə "Məktəb kitabxanası işinin planlaşdırılması", "Kiçik yaşlı məktəblilərdə mütaliə mədəniyyətinin formalaşdırılması işinin məzmunu və prinsipləri", "Kitabxana işinə dair normativ aktlar", "Məktəblərdə kitabxanaların texniki təşkilinə aid normativlər", "Məktəblilərə kitabxana xidməti və ədəbiyyatın təbliği", "Valideynlərlə iş", "Kitabxana şurası", "Kitabxana işçilərinin ideya siyasi səviyyəsinin yüksəldilməsi və ixtisasının artırılması", "İki rəqəmli cədvəl", "Siyasi aktuallığını itirmiş, məzmunca köhnəlmiş nəşr materialların kitabxana və məlumat- informasiya fondlarından çıxarılması haqqında", "Məktəb kitabxanalarının manifesti", "I-IV siniflər üçün kitabxana-biblioqrafiya bilikləri proqramı","Məktəb kitabxanalarında işin təşkili" və s. metodik vəsaitləri tərtib edir bölgələrə göndərir.