Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Yeni informasiya texnologiyaları şöbəsi

Təhsil Nazirliyinin "Respublika Elmi Pedaqoji Kitabxanasının işinin təkmilləşdirilməsi haqqında" 03.05.2002-ci il 424№-li əmrinə əsasən kitabxanada struktur dəyişikliyi aparılmış, yeni nizamnamə hazırlanmışdır. Kitabxanada "Yeni informasiya texnologiyaları şöbəsi" yaradılmışdır. Kitabxana İnternet şəbəkəsinə qoşulmuş, özünün WEB səhifəsini açmışdır. Dünya kitabxanalarına çıxmaq üçün elektron kataloq yaradılması ən vacib məsələlərdən biridir. Kitabxanada lokal kompüter şəbəkəsi yaradılmış, İRBİS 64 "Kitabxanaların Avtomatlaşdırılmış Sistemi"nin nümayiş versiyasında elektron kataloqunun əsası qoyulmuşdur. Şöbədə elektron informasiya daşıyıcıları (CD, DVD) toplanmışdır.

REPK təhsilin, təlim-tərbiyə işinin inkişaf etdirilməsinə yaxından köməklik göstərilməsi üçün ümumtəhsil, peşə məktəbləri və orta ixtisas müəssisələri kitabxanalarının fəaliyyəti haqqında 2002-ci ildən Məlumat (Verilənlər) Bazası yaradılmasına başlamış və baza müntəzəm olaraq təkmilləşdirilir, məktəb kitabxanalarının dinamikası diqqət mərkəzində olur. Şöbə yaradılmış Məlumat (Verilənlər) Bazası əsasında "Təhsil Nazirliyi sistemindəki ümumtəhsil məktəb kitabxanalarının fəaliyyəti" (2003) adlı məlumat kitabını tərtib etmişdir.