Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

"Xalq maarifi. Pedaqogika Pedaqoji elmlər" adlı retrospektiv biblioqrafik gtöstərircilər

REPK KBT cədvəlinin 6-8-ci şöbələrində yer tutan “Xalq maarifi. Pedaqogika Pedaqoji elmlər” şöbəsinə uyğun olaraq Azərbaycan və rus dillərində ayrı-ayrı illərdə hazırlanmış müxtəlif həcmli göstəricilər çap etdirmişdir. Bu bibliqorafik məlumat göstəriciləri 1983-cü ildə xalq maarifi və pedaqoji elmlərə dair fondda olan kitablar haqqında oxuculara məlumat vermək üçün nəzərdə tutulmuşdur. Göstərici elmi işçilər, pedaqoji məktəb və instutların müəllim və tələbələri, xalq maarifi işçiləri üçün nəzərdə tutulmuşdur. Bibliqorafik göstəriciyə Azərbaycan və rus dillərində fondda olan kitablar, pedaqoji institutların davam edən nəşrləri, elmi tədqiqat müəssisələrinin məqalə məcmüələri, görkəmli pedaqoqların əsərləri, metodiki vəsaitlər və həmçinin ayrı-ayrı tədris müəsisələri üçün dərsliklər, tədris vəsaitləri və proqramlar daxil edilmişdir.

Göstəricilərdən istifadəni asanlaşdırmaq üçün ədəbiyyat elm sahələri üzrə müəyyən edilmiş, sistemdaxili əlifba qaydası əsas götürülmüşdür. Göstərici ilkin məlumat mənbəyi olmaqla bərabər kitabxanada ədəbiyyatdan istifadə qaydaları haqqında məlumatları da oxuculura çatdırır. Beləliklə, oxuculara münasibətdə kitabxana çox nəcib iş görmüşdür. Digər tərəfdən, belə nəşrlər toplusunun hazırlanması kiçik bir kollektivin böyük işini, səmərəli elmi fəaliyyətinin ümumi mənzərəsinin meydana çıxarır.

Kitabxana biblioqrafik göstəricilərin nəşri sahəsində ilk uğurlu addımını atmağa başladı. Belə ki, kitabxananın fəaliyyətə başlamasından cəmi iki il sonra ilk illik göstərici “Xalq maarifi Pedaqogika. Pedaqoji elmlər. 1983-cü il” adı ilə 1984-cü ildə Azərbaycan EA-nın mətbəəsində 150 nüsxə ilə 95 səhifə həcmində çap edildi. Göstəricidə 110 nəfər Azərbaycan dilində və 348 nəfər rus dilində yazan müəllifin 381 adda ədəbiyyatı haqqında mükəmməl mənbə toplanmışdır. Kitabxanada olan ədəbiyyat dəqiqləşdirilmiş şəkildə elmi sahələr üzrə sistemləşdirilərək on iki əsas bölmədə verilmişdir.

REPK bu göstəricini nəşr etdirməklə Azərbaycan biblioqrafiyası tarixində ilk dəfə olaraq sahəvi ədəbiyyatın məzmununun, həm də fondun təsvirinin verilməsinin təməlini qoymuşdur. Lakin bu günə kimi bu məsələlər haqqında elmi fikir deyilməmiş, biblioqrafiya sahəsində çalışan mütəxəssislərin diqqətini cəlb etməmişdir. Göstərici tərtib edilərək ümumi qanunauyğunluqlar gözlənilmiş , materiallar dillər üzrə sistemli şəkildə düzülmüş, sistem daxilində isə əlifba qaydası əsas götürülmüşdür.