Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Kitabların cari bibloqrafik göstəriciləri

Ölkənin kitabxana təcrübəsində “Yeni kitablar”dan iki istiqamətdə istifadə edilmişdir. Məlumdur ki, kitabxananın fəaliyyətinin müəyyən edilməsində fondun zənginliyi müstəsna rol oynayır. Fondun dinamikliyi onun komplektləşdirilməsi ilə sıx bağlıdır. Burada əsas aparıcı amil yeni ədəbiyyatın alınmasıdır. Cari və retrospektiv nəşrlər kitabxanalara müxtəlif yollarla daxil olur. Keçmişdə nəşr olunmuş ədəbiyyat kitabxanaya yeni daxil olursa, o, yenə də “Yeni kitablar” kimi qiymətləndirilir. Kitabxananın yeni aldığı ədəbiyyatı operativ surətdə oxucuya yaxınlaşdırmaqda əyani təbliğatdan – “Yeni kitablar” üsulundan geniş şəkildə istifadə olunur.

REPK “Yeni kitablar”ın geniş, əhatəli informasiyasını cari biblioqrafik göstəricilərdə təsvir etmişdir. Məkan və zaman baxımından bunun coğrafiyası –təbliğ obyekti çox genişdir. Ölkənin respublika əhəmiyyətli elmi və xüsusi kitabxanalarında bundan müxtəlif cür istifadə edilmiş və edilməkdədir. Azərbaycan EA-nın Əsaslı Kitabxanasında, Respublika Elmi Tibb Kitbaxanasında, Respublika Elmi Kənd Təsərüfatı Kitabxanasında, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında  (kitabxana 1970-ci ildən “Ədəbiyyat və incəsənət” seriyasında bülleten buraxmağa başlamışdır) “Yeni kitablar”ın cari biblioqrafik göstəriciləri müxtəlif mərhələlərdə nəşr edilmişdir.

Lakin REPK-nın “Yeni kitablar” seriyası ilə hazırladığı və çap etdirdiyi cari biblioqrafik göstəricilərin başqa kitabxanaların nəşr etdirdikləri göstəricilərlə ümumi cəhətləri olsa da, öyrəniləsi və tədqiq ediləsi tərəfləri də az deyildir. Tərtib edilmiş göstəricilər həm tarixilik, həm də kitabxananın soraq-məlumat aparatının və zəngin fondunun məzmunu və dinamik inkişafı haqqında tutarlı məlumat vermək baxımından əhəmiyyətlidir. Burada sistemlik işin ümumi ahəngini və istiqamətini həll edir. Ölkə üzrə geniş oxucu kütləsinin maraq və sorğularının təminatında kitabxananın yeddi il ərzində hazırlayıb, “Yeni kitablar. Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər” seriyası ilə nəşr etdirdiyi göstəricilər mühüm yer tutur. Bu göstəricilər sahəvi xarakter daşısa da, məzmun cəhətdən geniş və əhatəlidir.  Azərbaycan və rus dillərində birgə buraxılan cari biblioqrafik göstərici Respublika Kitabxanasının fondunun inkişaf və məzmunu haqqında oxuculara zəngin və maraqlı məlumat verir. Burada 12 mühüm sahəyə aid ədəbiyyatın verilməsi planlaşdırılmışdır: “1. Xalq maarifi. Pedaqoji elmlər: 2. Xalq maarifi və pedaqoji fikir tarixi: 3. Xalq maarifi və təşkili; 4. Məktəbəqədər tərbiyə. Məktəbəqədər pedaqogika; 5. Ümumtəhsil məktəbi. Məktəb pedaqogikası; 6. Ümumtəhsil məktəblərində ayrı-ayrı fənlərin tədris metodiksaı; 7. Xüsusi məktəblər. Defektologiya. Xüsusi pedaqogika; 8. Yaşlıların ümumi təhsili. Şəxsi təhsil; 9. Peşə və xüsusi təhsil; 10. Ailə tərbiyəsi; 11. İdea-siyasi tərbiyə, şagirdlərin ictimai fəallığının formalaşması; 12. Xalq maarifi pedaqoji elmlər və psixologiyaya dair biblioqrafik vəsaitlər”. Göstəricinin tərtibində və nəşr etdirilməsində operativlik özünü göstərir.

REPK kitabxanadakı mövcud ədəbiyyat haqqında müntəzəm olaraq buraxılan cari biblioqrafik göstəriciləri respublikanın bütün bölgələrinə -80 rayon və şəhər təhsil şöbələrinin metodkabinetlərinin kitabxanalarına göndərmiş, həmçinin bu regionlarda işləyən yaradıcılıq və təhsil ocaqlarında çalışan pedaqoji kollektivlərə çatdırmışdır.

1984-1991-ci illər arasında Azərbaycan və rus dillərində yeni kitablara aid cari biblioqrafik göstəricilərin siyahısı aşağıdakı kimidir.

1. Yeni kitablar: Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici. Yanvar-iyun, 1984-cü il. Buraxılan 1-2. –B., 1985-24 s.

2. Yeni kitablar: Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici. İyul-dekabr , 1984-cü il. Buraxılan 3-4. –B., 1985-24 s.

3. Yeni kitablar: Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici. Yanvar-iyun, 1984-cü il. Buraxılan 1-2. –B., 1990-21 s.

4. Yeni kitablar: Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici. 1988-ci il. Buraxılan 1-2. –B., 1990.- 39 s.

Buraxılış 3-4, -B., 1990-14 s.

5. Yeni kitablar: Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici. 1989-cu il.

I  buraxılış. Yanvar-fevral, - B., 1990-17s.

II  buraxılış. Mart- aprel, -B., 1990-10 s.

III buraxılış. May-iyun., - B., 1990-7 s.

IV buraxılış. İyul- avqust, -B., 1990- 6 s.

V buraxılış. Sentyabr-oktyabr, -B., 1990-8 s.

VI buraxılış. Noyabr-dekabr. –B., 1990-7s.

6. Yeni kitablar: Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici. 1990-cı il.

I  buraxılış. Yanvar-fevral, - B., 1990-16s.

II  buraxılış. Mart- aprel, -B., 1990-8 s.

III buraxılış. May-iyun., - B., 1990-9 s.

IV buraxılış. İyul- avqust, -B., 1990- 7 s.

V buraxılış. Sentyabr-oktyabr, -B., 1990-14 s.

VI buraxılış. Noyabr-dekabr. –B., 1990-16 s.

7. Yeni kitablar: Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər. Cari biblioqrafik göstərici. 1991-ci il.

I  buraxılış. Yanvar-fevral, - B., 1991-23 s.

II  buraxılış. Mart- aprel, -B., 1991-17 s.

III buraxılış. May-iyun., - B., 1991-27 s.