Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Dövri nəşrlərin cari biblioqrafik göstəriciləri

Kitabxana son illərə qədər müxtəlif dillərdə 300-dən artıq qəzet, jurnal və digər nəşrlərin abunəçisi olmuş onların analitik təsvirini vermiş, özündə zəngin soraq-məlumat aparatını yarada bilmişdir. Alınan çoxsaylı nəşrlərin elmi məzmununu açmaq və onu sistemləşdirməklə kitabxana üçün çox gərəkli olan elmi mənbə yaratmışdır.

Əldə olan mövcud materiallar təsdiq edir ki, kitabxana işçiləri bu işin öhdəsindən gələ bilmiş, həmin sahəyə dair soraq-məlumat aparatının mühüm hissəsini təşkil edən kortoteka sistemini yaratmış, onu ilbəil zənginləşdirmiş və daha da təkmilləşdirmişlər.