Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Azərbaycanda kitabxanaların işinin yaxşılaşdırılması (Tədbirlər Planı)

Bildiyimiz kimi təhsil sistemində olan kitabxanaların işinin təşkili, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən çətinliklər və problemlər mövcuddur. Bu məsələ həmişə Respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2007-ci il tarixində imzaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” sərəncamı məhz kitabxana sahəsində mövcud olan geriliyi aradan qaldırmaq və bu sahənin inkişafını təmin etmək məqsədini daşıyırdı.
 
REPK Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2008-2013-cü illərdə Azərbaycan Respublikasının kitabxana informasiya sahəsinin inkişafı və modernləşdirilməsi” Dövlət proqramının hazırlanmasında iştirak etmiş və öz təkliflərini təqdim etmişdir. Bu təkliflər əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2007-ci il tarixli, 2106 nömrəli sərəncamının üçüncü bəndinin icrasının təmin etmək məqsədilə “Məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair Tədbirlər Planı” nın tətbiq edilməsi barədə Sərəncam imzalamışdır:
 
“ Azərbaycan Respublikasının Nazirlər Kabineti
 
SƏRƏNCAM
 
№ 450s
 
Bakı şəhəri “22” dekabr 2008-ci il
 
“Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 aprel tarixli 2106 nömrəli Sərəncamının 3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə:”
 
1. “Məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına dair Tədbirlər Planı” təsdiq edilsin.
 
2.  Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının
 
Baş naziri A.Rasi-zadə.”                             
 
 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
 
2008-ci il 22 dekabr tarixli 450s nömrəli
 
qərarı ilə təsdiq edilmişdir.
 
Məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasyia texnologiyaları ilə təchizatına dair
 
TƏDBİRLƏR PLANI
 

Tədbirin adı

İcraçı təşkilatlar

İcra müddəti

(illər üzrə)

1

2

3

4

 

1. Məktəb kitabxana fondlarının komplektləşdirilməsi mexanizminin yaradılması

1.1.

Məktəb kitabxana fondlarının müxtəlif informasiya daşıyıcıları ilə komplektləşdirilməsi, müvafiq proqram təminatı əsasında elektron fondunun yaradılması və onun maliyyələşdirilməsi

Təhsil Nazirliyi

Müntəzəm

1.2.

Məktəb kitabxanalarının ensiklopedik və sorğu – məlumat xarakterli ədəbiyyatla təmin edilməsi.

Təhsil Nazirliyi, AMEA

Müntəzəm

1.3.

Işğal olunmuş rayonların məktəblərində kitabxanaların bərpası

Təhsil Nazirliyi

2008-2013

1.4.

Respublika Elmi Pedaqoji Kitabxanasına Azərbaycan Respublikası alimlərinin pedaqogika və psixologiyaya aid əsərlərindən, o cümlədən diyarşünaslığa aid nəşrlərdən 1 (bir) məcburi nüsxənin (elektron versiyası ilə) verilməsi və bu bazadan məktəb kitabxanalarının internet vasitəsilə faydalanması

Təhsil Nazirliyi

Müntəzəm

1.5.

Məktəb proqramlarından çıxarılmış, yararsız və əhəmiyyətini itirmiş ədəbiyyatların fonddan silinməsi

Təhsil Nazirliyi, Respublika Elmi Pedaqoji Kitabxanası, rayon (şəhər) icra hakimiyyəti orqanları

Vaxtaşırı

 

2. Məktəb kitabxana fondlarının mühafizəsinin və təhlükəsizliyinin təmin edilməsi

2.1.

Məktəb kitabxanalarında kitabların, dövri mətbuatın və biblioqrafik qeydiyyatın aparılması, onların saxlanılma şəraitinin yaxşılaşdırılması (otaqların ayrılması, təhlükəsizliyi, mühafizə sisteminin yaradılması və s.) üçün müvafiq tədbirlərin hazırlanması və həyata keçirilməsi

Təhsil Nazirliyi, Respublika Elmi Pedaqoji Kitabxanası, rayon (şəhər) icra hakimiyyəti orqanları

Müntəzəm

 

3. Məktəb kitabxana xidmətinin təşkili və modernləşdirilməsi

3.1.

Məktəb kitabxana sisteminin modernləşdirilməsi və informasiya xidmətinin təkmilləşdirilməsi

Təhsil Nazirliyi, Respublika Elmi Pedaqoji Kitabxanası, rayon (şəhər) icra hakimiyyəti orqanları

2009-2013

3.2.

Məktəb kitabxanaları və rayon (şəhər) mərkəzi kitabxanaları arasında informasiya mübadiləsinin və kitabxanalararası abonement işinin təşkili.

Respublika Elmi Pedaqoji Kitabxanası, rayon (şəhər) icra hakimiyyəti orqanları

Müntəzəm

 

4. Məktəb kitabxana şəbəkəsinin idarə olunması və kadr islahatlarının aparılması

4.1.

Məktəb kitabxanalarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların və digər zəruri sənədlərin işlənib hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Respublika Elmi Pedaqoji Kitabxanası

2009-2013

4.2.

Kitabxanaçılıq təcrübəsinə malik olan qeyri-ixtisas təhsilli məktəb kitabxanaçıları üçün ixtisasartırma kurslarınıntəşkil edilməsi

Təhsil Nazirliyi, Respublika Elmi Pedaqoji Kitabxanası, rayon (şəhər) icra hakimiyyəti orqanları

Vaxtaşırı

4.3.

Məktəb kitabxanaçılarının yeni informasiya texnologiyalarına yiyələnməsi üçün Respublika Elmi Pedaqoji Kitabxanasında treninqlərin təşkil edilməsi

Təhsil Nazirliyi, Respublika Elmi Pedaqoji Kitabxanası

Vaxtaşırı

 

5. Kitabxanalarının maddi-texniki bazasının inkişafı və modernləşdirilməsi

5.1.

Tədbirlər planı çərçivəsində respublika Elmi Pedaqoji Kitabxanasının maddi-texniki bazasının möhkəmləndirilməsi.

Respublika Elmi Pedaqoji Kitabxanası ilə məktəb kitabxanaları arasında kitabxana-informasiya şəbəkəsinin  yaradılması, məktəb kitabxanalarının yeni informasiya texnologiyaları və digər avadanlıqla təchiz edilməsi.

Respublika Elmi Pedaqoji Kitabxanasında “Elektron dərsliklər” fondunun yaradılması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Respublika Elmi Pedaqoji Kitabxanası, rayon (şəhər) icra hakimiyyəti orqanları

2009-2013

5.2.

Yeni məktəb binalarının tikintisi layihələndirilərkən kitabxana üçün mövcud normativlərə uyğun müvafiq otaqların nəzərdə tutulması.

Təhsil Nazirliyi

Müntəzəm

Sərəncamın icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi REPK ilə birlikdə Tədbirlər Planı hazırlamışdır.