Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Məktəb kitabxanalarına metodiki rəhbərlik (Fəaliyyət Planı)

REPK Nazirlər Kabinetinin 22 dekabr 2008-ci il tarixli, 450s nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 mart 2009-cu il tarixli, 328 nömrəli əmri ilə təsdiq edilmiş “Məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir informasiya texnologiyaları ilə təchizatına dair Tədbirlər Planı”nın icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi ilə əlaqədar olaraq tələb olunan işlərin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək məqsədilə təkliflər şəklində məktublar hazırlamış  və Təhsil Nazirliyinə göndərmişdir.

Fəaliyyət Planının 4.2., 4.2.1., 4.2.2., 4.2.3., 4.3., 4.3.1., 4.3.2. bəndlərinin həyata keçirilməsi ilə əlaqədar olaraq dərs cədvəli, proqram və məktub hazırlanaraq nazirliyə təqdim edilmişdir.

“Məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir informasiya texnologiyaları ilə təchizatına dair” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 dekabr 2008-ci il tarixli, 450s nömrəli sərəncamı və Təhsil Naziriliyinin 19 mart 2009-cu il tarixli, 328 nömrəli əmrinə əsasən Fəaliyyət Planının 4.2.1., 4.2.2., 4.2.3., uyğun olaraq kitabxanaçılıq təcrübəsinə malik olan qeyri-ixtisas təhsilli məktəb kitabxanaçıları üçün təşkil edilmiş ixtisas­ar­tırma kurslarında keçirilən fənlərin proqramı.

Kitabxana qanunvericiliyi və normativ sənədlər                                    

1. Kitabxana qanunvericiliyinin əsasları. Kitabxana qanunvericiliyinin yaranmasının şərtləndirən amillər. Kitabxana sahəsində qanunvericilik aktlarının və normativ sənədlərin təsnifatı.

2. Qanunvericilik aktlarında kitabxanaların və oxucuların vəzifələri və hüquqları. Qanunvericilik aktlarında kitabxanaların və oxucuların məsuliyyəti məsələləri. Qanunvericilik sənədlərində kitabxanaların və kitabxanaçıların hüquqlarının müdafiəsi məsələləri. Kitabxana sahəsində qanunvericilik aktlarının icrası ilə bağlı kitabxanaların vəzifələri.       

Kataloqlaşdırma və təsnifləşdirmə

1. Kursla tanışlıq. Kataloqlar və kataloqlaşdırma

2. Müxtəlif kitabxanaların kataloqları ilə tanışlıq

3. Düinin onluq təsnifatı ilə tanışlıq

4. UOT-la DOT-un oxşar cəhətləri və bölmələri ilə tanışlıq

5. Məktəb kitabxanalarında işlənməsi üçün hazırlanmış UOT-un qısaldılmış variantının kitabxanaçılara öyrədilməsi

Kitabxana fondlarının mühafizəsi və qorunması

1. Mühafizə nədir? Təbii fəlakətlərə və qəzalara qarşı təhlükəsizlik tədbirləri

2. Mühafizə rejimi. Ənənəvi kitabxana fondları

3. Audovizual vəsaitlərin mühafizəsi. Məlumat daşıyıcılarının dəyişdirilməsi

Kataloqlaşdırma ,kataloq və kartoteka

1. Mövzu ilə tanışlıq.

2. Biblioqrafik formatlar və standartlar.

3. Kartotekaların yazılması və təşkil olunması.

Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən proqramlar əsasında təşkil olunmuş kurslarda Bakı şəhəri üzrə məktəb kitabxanaçılarının 90%-i iştirak etmişdir. Eyni zamanda Respublikanın 36 rayonundan 90 kitabxanaçı da bu kursların iştirakçısı olmuşdur. Bu kurslarda iştirak edən kitabxanaçılara REPK-nın hazırladığı müxtəlif metodik vəsaitlər və sertifikatlar təqdim olunmuşdur.

Eyni zamanda həmin sərəncama əsasən məktəb kitabxaçılarının yeni informasiya texnologiyalarına yiyələnməsi üçün REPK-da təşkil olunacaq treninqlər də aşağıdakı mövzuların keçirilməsi nəzərdə tutulmuşdur:

·        Yeni informasiya texnologiyalarının əsaslarının öyrənilməsi

·        İRBİS-64 proqramının öyrədilməsi

·        REPK-nın Məlumat Bazasından istifadə qaydalarının öyrədilməsi.

Sərəncamın bəndlərinə uyğun olaraq Bakı şəhərinin məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə mebel, kitabxana avadanlığı və kitabxana texnikası verilməyə başlanmışdır.

Təhsil sistemində fəaliyyət göstərən kitabxanaların metodik mərkəzi olan REPK eyni zamanda “Fəaliyyət Planı”na əsasən məktəb kitabxana xidməti sisteminin modernləşdirilməsi və informasiya xidmətinin təkmilləşdirilməsi məqsədilə bir sıra metodik vəsaitlər də hazırlamışdır:

·        Universal Onluq Təsnifat (UOT) cədvəlinin məktəb kitabxanaları üçün qısaldılmış variantı.

·        İkirəqəmli cədvəl (yenidən işlənmiş və təkimilləşdirilmiş variantı)

·        I-IV sinif şagirdləri üçün kitabxana-biblioqrafiya və informasiya bilikləri proqramı (yenidən işlənmiş və təkimilləşdirilmiş variantı)

·        Kitabxana-biblioqrafiya terminləri lüğəti (Azərbaycan, rus, ingilis dillərində)

·        Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində məktəb kitabxanalarının vəzifələri.

·        Məktəb kitabxanaçısının Fəaliyyət Planı.

·        Məktəb kitabxanasında işin təşkili.

Azərbaycan Respublikası Təhsil Nazirinin 04 fevral 2010-cu il tarixli, 138 nömrəli əmrinə əsasən REPK məktəb kitabxanalarının fəaliyyətini tənzimləyən, burada sadalanan normativ hüquqi aktların və digər sənədlərin layihəsini hazırlayaraq təsdiq üçün nazirliyə təqdim etmişdir:

1.     Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu ildə çap edilmiş “Mədəni-maarif və turizm müəssisəslərində olan qulluqçu vəzifələrinin Vahid Tarif  İxtisas Sorğu Kitabçası”nda (hissə 84) Təhsil Nazirliyinin məktəb kitabxanaları və onların işçilərinin əməyinin ödəniş dərəcələri və ixtisas tələbləri öz əksini tapmadığı üçün məktəb işçilərinin tarif ixtisas sorğu cədvəli.

2.     Məktəb kitabxana müdirinin və kitabxanaçısının vəzifə təlimatları.

3.  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 fevral 2000-ci il tarixli, 133 nömrəli əmri ilə təsdiq olunmuş “Ümumtəhsil məktəbi kitabxanası haqqında Əsasnamə”nin yenidən işlənmiş və təkmilləşdirilmiş variantı.

4.  2002-ci ildə REPK tərəfindən toplanmış və təlimatı vəsait kimi hazırlanmış “Kitabxana işinə dair normativ aktlar”ın yenidən əlavələr edilməklə təkmilləşdirilmiş variantı.

5.     Məktəb kitabxanalarının texniki təşkilinə aid normativlər.

6.  “Kitabxana və məlumat informasiya fondlarından çıxarılan ədəbiyyatın seçilməsi və silinməsi qaydaları” sənədinin təkmilləş­diril­miş variantı.