Məqsəd və vəzifələr:
Virtual Dərslik Kitabxanasının (VDK) məqsədi dərsliklərin, dərs vəsaitlərinin və metodik materialların eləcə də sinifdənxaric oxu elektron nəşrlərinin məlumat kommentatır sisteminin yaradılmasıdır.
VDK vəzifələrinə daxildir:
elektron nəşrlərin fəaliyyətinin effektiv metodlarının bu (SGML/XML) texnologiyalar vasitəsilə işlənilməsi və tətbiqi.
dərs tematik planının fəaliyyətinə və VDK standartlarına müvafiq olan müəlliflərin təşkilati və texniki dəstəyi.
elektron dərsliklər sahəsində peşəkarların yaradılması və həmçinin dərslik ədəbiyyatı hazırlayanların yönəldilmiş proqram üzrə təmin olunması.
Virtual Dərslik Kitabaxanasının Sosial təyinatı.
Layihənin elmi maarifləndirici məqsədi ən əvvəl ondan ibarətdir ki, istifadəçilər peşəkar hazırlanmış təminatlı sorğu aparatına yol tapır, hansı ki, bütövlükdə dərsliklərin ən son nailiyyətlərini nəzərə alır və müasir təhsilin tələblərinə cavab verir.
VDK-nin fəaliyyəti Azərbaycan İnternet məkanının genişlənməsi və gücləndirilməsinə yönəldilmişdir.
VDK-nın materialları dərs prosesində, distansion təlim zamanı və dərsliklərin müstəqil öyrənilməsində effektiv istifadə oluna bilər.
Digər elektron kitabxanalardan fərqi:
VDK-nın mövcud elektron kitabxanalardan əsas fərqi ondan ibarətdir ki, o, dərs materiallarını qlobal əhatə edir və nəşrlərini yüksək texnoloji standartlara uyğun qurur. Müxtəlif formada yığılmış mətnlərin elektron tərtibinin say çoxluğuna baxmayaraq, verilən layihənin Azərbaycan İnternet məkanında bu gün analoqu yoxdur.
Auditoriya:
VDK-nın oxucu auditoriyası aşağıdakı kateqoriyalar üzrə müəyyənləşir: məktəb, lisey və gimnaziyalarda təhsil alanlar, ali məktəb tələbələri, abituriyentlər və magistrlar, müəllimlər, dərslik ədəbiyyatını tədqiq edən pedaqoqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Tərəfdaşları.(Partnyorlar)
Biz VDK-nın standartlarına və tematik planına cavab verən müstəqil naşirlərin fəaliyyətini dəstəkləyirik.Və pedoqoji tədqiqatçıları, həmçinin elektron nəşrlər sahəsində mütəxəssis olanları da bizimlə əməkdaşlıq etməyə dəvət edirik.
VDK nın əhatə dairəsi.
VDK- proqramı azrbaycan dilində yaradılmış dərslik, dərs metodik vəsaitlərin geniş əhatəsini nəzərdə tutur. VDK- yeni və ən yeni dövrün dərslik ədəbiyyatı haqqında oxucularda əyani təsəvvürün yaranmasına imkan verəcək. Gələcəkdə kitabxananın xronoloji çərçivəsinin genişlənməsi üçün VDK-nın fonduna müstəqillik dövründə nəşr olunmuş dərsliklər də daxil ediləcəkdir.
Mətnlərin seçilməsi kriteriyaları:
Dərslik fondunun formalaşması prinsipləri, nəşr üçün nəzərdə tutulmuş materialların seçilməsi zamanı müəyyən olunmuş kriteriyalarınn istifadəsini tələb edir.
VDK necə düzəlir.
1.VDK məqsədi nədir?
2.İstifadə bacarıqları və ona müvafiq görülən işlər:
3.Mətnlər necə hazırlanır (son nəşrlər)
4.Perspektivlər
5.Link –(keçid, istiqamət)
1.VDK nə üçün lazımdır
· Virtual Dərslik Kitabxanası yaradaraq biz bəzi yayılmış çatışmazlıqların aradan qaldırılmasına çalışmışıq ki, buraya aşağıdakıları aid etmək olar:
· Layihəmizin məqsədli auditoriyası:
1.Tədqiqatçılar, müəllimlər;
2. Şagirdlər, tələbələr, aspirantlar;
3.və həm də geniş oxucu kütləsi.
2. Kriteriyaları Usabiliti (istifadə imkanı) və ona müvafiq görülən işlər:
· Nəşrlərin “etibarlılığı”.
1.Nüfuzlu nəşrlər istifadə olunmalı, onlar dəqiq formada təsvir olunmalıdır.
2.İstənilən müəllifin mətnləri müxtəlif nəşrlərdə müxtəlif cür yığılır, daha doğrusu müxtəlif nəşrlər formasında yüklənir a) mətnlərin müxtəlif korpusu və b) eyni mətnlər müxtəlif cür əks olunur. Materialların müxtəlif nəşr variantları mövcuddur. Bütün bunlar əks olunmalı və sənədləşməlidir. Bunun üçün əsasən orijinal çap nəşrləri ilə müşayət olunan materiallar daxil olunmalıdır. Orijinal çap nəşrlərinin səhifələnməsi və quruluşu, eləcə də mətnin səhifədə yeri əks olunmalıdır.
4.Perspektivler (gorüləcək islər )
· Yekun məqsəd:
1.Milli dərsliklərin və dərs ədəbiyyatının vahid məkanının yaradılması və əks edilməsi.
2.Ayri–ayri müəlliflərin dilinin inteqrasiyasi və dərsliklərin təkmilləşməsi dinamikasinin tədqiqi.
3.Məntiqi yayım kateqoriyası ilə axtarış təmin etmək nəzərdə tutulur.
Texniki təminat
Ümumi məlumat
Burada virtual dərslik kitabxanasının texniki təminatından söhbət gedəcək. Layihə reallaşdıqca ona texnoloji cəhətdən dəyişikliklər etmək olar. Bizim məqsədimiz yaradılmış sistemdən həm giriş (daxil etmə), həm də idarə etmə kimi istifadə edilməsidir (gələcəkdə).
Mündəricat;
Mətinlərin yayımı
· Yayım dili SGML
· Dərsliyin tərkibi və onun təsvir edilməsi.
· İstifadə edilən yayım dili
Müəllifdən oxucuya
· Mətinlərin importu
Axtariş sistemi
Dərsliklərlə is
İstifade edilen P(Proqram teminati)
· Oxucular
· Müəlliflər
· Server P
Arxitektura:
Sistemlə işləyən əsas informasiya vahidi dərsliklər və dərs vəsaitləridir. Dərsliklər məlum olan sistemdə repozitoriyada (yerində saxlama) saxlanılır. Repozitoriya ilə sənədləri (dərslikləri) hazırlayan və öz işinin nəticələrini istifadəçilərə təqdim edən bütün proqram təminatı işləyir. Lazım gələndə repozitoriya əsas mətnlərin saxlanılma mərkəzindən basqa versiya sisteminin idarə olunduğu yol kimi də istifadə olunur.
Sistem istifadəçiləri daşıdıqları funksiyalara görə fərqlənirlər. Onları hazır informasiya almaq üçün kitabxanaya müraciət edən oxuculara və kitabxananın mətinlərini yaradan və ya dəyişən müəlliflərə gorə ayırmaq olar.
Beləliklə sistemin istifadəçi interfeysi faktiki 2 cürdür : Müəllif üçün interfeys ve oxucular üçün interfeys.
Sistemin əsas mənbəyi serverdir. Burada:
· repozitoriyalar saxlanılması və ondan istifadə mümkündür;
· istifadəçilərə VDK ya girişi təmin edən www. Server yerləşir;
·istifadəçilərin tələbinə uyğun repozitoriyada saxlanılan materialları hazırlayan SGML prossesorlar işə salınır.
Server Internetin standart protokollarına yolu təmin edir ve domendə (VDK.az) mövcud olur.
Mətinlərin yayımı
Yayımdili SGML
VDK nın texnoloji təminatı SGML ola bilər. Bir çox məsələlərə görə SGML-lə işləmə VDK ya çox münasibdir.
PT (proqram təminatı)-dən asılı olmayan və uzunmüddətli saxlamaya imkan yaradan açıq və standart formatlı fayllar;
SGML yayımdili olaraq, seçilmiş texnologiyalar çərçivəsində hər biri öz predmet sahəsinə müvafiq yayım dilindən istifadəyə imkan yaradır.
Oxucu işi üçün əlverişli olan, lakin onun mətninə daxil olmayan mürəkkəb metainformasiyalı sənədlərin kodlaşmasına imkan yaradır.
SGML-ə giriş çoxdur, bunlardan ən effektivi Gentle introduction to SGML-dir.
Müəllifdən oxucuya
Müəllif işi.
Müəllif SGML- redaktorla işləyir, bu müəllifə qurulmuş mətndə hər hansı elementlərdən istifadə etməyə şərait yaradır. Müəllifin yaratdığı material repozitoriyada qeydiyyatdan keçir.
Başlıq
Müasir informasiya texnologiyalarının dinamik inkişaf etdiyi informasiya cəmiyyəti dövründə elmi –mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi baxımından darşıya qoyulan ən ümdə vəzifələrdən biri də ölkənin iri kitabxanalarının elektronlaşması, kitabxanaların dünya informasiya məkanına daxil olmasının təmin edilməsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 20 aprel 2007-ci il tarixli sərəncam və “Azərbaycan Respublikasında kitabxana –informasiya sahəsinin 2008-ci illərdə inkişafı üzrə Dövlət proqramı” bu proqramın həyata keçirilməsi üçün atılmış mühüm addımlardan biridir.
İnformasiya cəmiyyəti quruculuğu proseslərinin sürətlə inkişaf etdiyi dövrdə elektron kitabxana resurslarının vətəndaşların informasiya tələbatının ödənilməsinə xidmət edən elektron kitabxana resurslarının yaradılması əhəmiyyətli vasitədir.
VDK-nın yaradılması Elektron kitabxnaların yaradılmasının nəzəri əsasları, fəaliyyət prinsipləri və inkişaf perspektivləri, informasiya texnilogiyalarının tətbiqi ilə müasir kitabxana –informasiya xidmətlərinin imkanlarının genişləndirilməsi, həmçinin bu sahədə mövcud olan problemlərin həllində atılan ilk addımlardan biridir. Rusiyada 40 min , Avropada 50 min elektron kitabxana olmasına baxmayaraq Azərbaycanda bu cəmi 4-5 ədəddir. VDK vasitəsilə hər bir azərbaycanlı dünyanın istənilən ölkəsində asanlıqla ana dilində olan dərs ədəbiyyatından istifadə edə bilər. Bizim portal ana dilində oxuyan insanların elmi dəyərlərlə birbaşa təmasda ola bilməsi üçün yaradılır.