Azərbaycan Respublikası Təhsil Nazirliyi

Respublika Elmi Pedaqoji Kitabxanası

Yeni layihə:"Azərbaycan məktəbi jurnalı " nın yaranma tarixi

“Azərbaycan məktəbi” jurnalının yaranma tarixi və  araşdırılması”  haqqında
 
Pedaqoji mətbuat tariximizin ən uzunömürlü jurnalı olan “Azərbaycan məktəbi” 1924-1930-cu illərdə "Yeni məktəb", 1930-1943-cü illərdə "Müəllimə kömək", 1943-cü ildən başlayaraq "Azərbaycan məktəbi" adı ilə dərc olunub. Jurnal təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyənin keyfiyyətinin yüksəl¬dilməsində, mütərəqqi tədris metod və üsulla¬rın təbliğində, gənc nəslin azərbaycançılıq, milli adət-ənənələr ruhunda tərbiyə olunma¬sında, qabaqcıl təcrübənin yayılmasında aparıcı rol oynamışdır. Məcmuə öz səhifələrində yeni tipli məktəblərin, ali və orta ixtisas təhsili ocaqlarının, yaradıcı müəllimlərin təcrübəsini ümumiləşdirən məqalələrə yer ayırmış, təhsil sahəsində inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsini və beynəlxalq əlaqələrə dair mate¬rialları oxuculara çatdırmışdır. Respublika Elmi Pedaqoji Kitabxanası “Azərbaycan Məktəbi” jurnalının tam arxivinə  sahibdir. Jurnalın arxivinin dəyərləndirilməsi və oxuculara çatdırılması məqsədilə REPK-nın direktoru T.Ə. İsmixanova 19 yanvar  2017-ci il tarixində “Azərbaycan məktəbi” jurnalının yaranma tarixi və araşdırılması haqqında əmr imzalamışdır. Həmin əmrə əsasən Azərbaycan Məktəbi jurnalının yaranma tarixi, jurnalın formalaşması, istiqamətinin müəyyənləşdirilməsi və təhlili ilə əlaqədar  işçi qrupu yaradılmışdır. Əmrə əsasən “Azərbaycan məktəbi” jurnalında bu günə kimi dərc edilmiş elmi və siyasi cəhətdən aktual məqalələrin biblioqrafik göstəricisi tərtib olunacaqdır. Azərbaycan məktəbi” jurnalı böyük bir dövrü əhatə etdiyindən  vəsaitin iki hissədən ibarət tərtibi nəzrdə tutulur. Birinci hissə jurnalın 1948-1980-ci illərdə çap edilmiş nömrələrini, ikinci hissə isə 1980-2017-ci illərdə dərc edilmiş nömrələrini əhatə edəcəkdir. İşçi qrupun  fəaliyyəti  aşağıdakı mərhələlərdə planlaşdırılır. 
Birinci mərhələ: “Azərbaycan məktəbi” jurnalının arxivi ilə tanışdıq;
İkinci mərhələ: jurnalın nömrələrinin illər üzrə sistemləşdirilməsi;
Üçüncü mərhələ: jurnalda dərc edilmiş məqalələrin təhlil edilməsi və mövzular üzrə sistemləşdirilməsi;
Dördüncü mərhələ: Jurnaldan seçilmiş məqalələrin analitik-biblioqrafik təsviri; Beşinci mərhələ: Məqalələrin analitik-biblioqrafik təsvirlərinin elm sahələri və fənlərə görə qruplaşdırılması; 
Altıncı mərhələ: Jurnalın yaranma tarixi və müəllifləri haqqında məqalənin hazırlanması.
Güman edirik ki, REPK-nın həyata keçirdiyi layihə əsasında hazırlanmış“Azərbaycan məktəbi” jurnalına dair vəsaitin respublikamızda təlim-tərbiyə sisteminin kamilləşməsinə, pedaqoji elmi kadrların yetişməsinə, püxtələşməsinə xidmət göstərəcəkdir.